/ / “Ölkənin ən geniş sosial media hərəkatıyla səsimizi qısa zamanda bütün dünyaya çatdıra biləcəyik”
“Ölkənin ən geniş sosial media hərəkatıyla səsimizi qısa zamanda bütün dünyaya çatdıra biləcəyik”
22.12.2016 [09:55]
Bünyamin Erdemir: İnanıram ki, ən qısa zamanda TÜRMEB-in Azərbaycan şöbəsi də tam gücü ilə fəaliyyət göstərəcək
Müsahibimiz Türkiyə Media Bilişim Platformasının (TÜRMEB) başqanı Bünyamin Erdemirdir.
- Nəhəng media qurumlarının əhatəsində peşəkar olmayan kadrlarla və texniki təchizat bazası olmadan işə başlamaq çətin olmadımı?
- Öncə onu qeyd edim ki, TÜRMEB dünyada ilk dəfə olaraq Türkiyədə fəaliyyətə başlayan vətəndaş xəbər agentliyidir. Düz qeyd etdiniz ki, biz öz işimizə peşəkar olmayan kadrlarla və texniki təchizat bazası olmadan başladıq. Sadəcə, mobil telefonlar vasitəsilə, bu telefonların imkanları daxilində öz fəaliyyətimizi qurduq. Amma birgə işləyəcəyimiz insanları diqqətlə seçmişik. Bu insanlar üçün maddiyyatın deyil, mənəvi məsələlərin ön planda olması çox təqdirəlayiqdir. Onlar üçün əsas olan Türkiyəyə xidmət, həqiqətlərimizin dünyanın hər yerində səslənməsidir. Beləliklə, TÜRMEB-də çalışan insanlar bütün bacarıqlarını ortaya qoydular. Yəni biz həmin insanların bacarıqlarının, imkanlarının, peşəkarlıqlarının qarşılığını madiyyatla təmin etmədik. Bunu istənilən qurum edə bilər. Biz həvəskar özçəkimlər (selfi) ilə məşğul olan vətəndaşlarımızı peşəkar müstəviyə daşıdıq. Və indi o insanlar dünyanın bir çox yerlərində - Pakistanda, Almaniyada, Hollandiyada, Amerikada, İranda, Krımda gündəlik olaraq ən azı bir neçə mühüm hadisəni xəbərə çevirirlər.
- Azərbaycanın adını çəkmədiniz...
- Azərbaycanla da işləyirik. www.turmeb.com saytının Azərbaycan üzrə redaktoru fəaliyyət göstərir. Xəbər bloklarında Azərbaycan xəbərləri də yer alır. Turmeb.az saytı bu yaxınlarda platformamızın Azərbaycan şöbəsi olaraq fəaliyyətə başlayacaq. Amma peşəkarlıq məsələsi yenə də əsas problemlərimizdən birinə çevrilir. Bu şöbə ilə bağlı Azərbaycandan seçdiyimiz insanların bəzilərinin sosial mediada təcrübəsizlikləri və digər məsələlərlə bağlı istədiyimiz uğurlu nəticələri əldə edə bilmirik. Amma “Moskva birdən qurulmayıb”. İnanıram ki, ən qısa zamanda TÜRMEB-in Azərbaycan şöbəsi də tam gücü ilə fəaliyyət göstərəcək. Yeri gəlmişkən, mart ayında da TÜRMEB-ın Azərbaycan şöbəsinin qurultayını keçirməyi planlaşdırırıq.
- Ümumiyyətlə, necə oldu ki, TÜRMEB-in yaranma zərurəti ortaya çıxdı?
- Bu ilin 15 iyulunda baş vermiş çevriliş cəhdi gecəsi və ardından demokratiya keşiyində dayanan vətəndaşlarımızla danışırdıq, sosial mediadan 15 iyul sonrası hadisələrin axarını izləyirdik. Nəticədə, təəssüf ki, Türkiyədə bəzi KİV-in milli mənafeyi müdafiə etmək işinin öhdəsindən yetərincə gələ bilmədiyinin şahidi olduq. Bu gün bəzi hallarda Türkiyə KİV-i aktivlikdə sosial şəbəkələrə uduzur. Bir misal çəkim. 15 iyul və ondan sonrakı günlərində hadisələr düşmənlərimizin istədiyi formada tirajlanırdı. Türk əsgəri ilə xalqı qarşı qarşıya gətirməyə çalışırdılar. Başı kəsilən əsgər haqqında, yəqin ki, hər kəs oxuyub. Əslində, o hadisə 2013-cü ildə baş vermişdi. Bu hadisə Boğaz körpüsündə qəza nəticəsində meydana gəlmişdi. Qəzaya uğrayan 3 əsgərdən birinin boynu qopmuşdu. Bunu bir çox media orqanları araşdırdı, təkrar o dəhşətli qəza ilə bağlı yazılar dərc edildi, həqiqət üzə çıxdı. Amma sosial şəbəkələrdə hələ də guya başı kəsilmiş əsgərin “anası”, “bacısı” müsahibələr verir, şəkillər paylaşır. Təəssüf ki, çoxluq da buna inanır. Bu səbəblərdən biz ilk xəbərləşmə portallarımızı məhz “Whatsapp” və “twitter” kimi sosial şəbəkələrdə yaratdıq. Bundan qısa müddət sonra isə saytlar, bloklar, xəbərləşmə mərkəzləri yaradıldı. Türkiyənin ilk vətəndaş media hərəkatını qurduq. Bu gün ölkəmizin media müstəvisində ehtiyac duyulan hər bir sahədə öz dəstəyimizi ortaya qoyacağıq. Bunun üçün bu işə qoşulan yazarlar, jurnalistlər, araşdırmaçılar və elm adamlarından təşkil olunan platforma ilə güclənməyi hədəfləmişik. Belə olarsa, ölkənin ən geniş sosial media hərəkatıyla səsimizi qısa zamanda bütün dünyaya çatdıra biləcəyik.
- TÜRMEB-ə üzv olmaq üçün hansı kriteriyalar tələb edilir?
- İrəli sürülən hər hansı bir şərt yoxdur. Bu gün hər kəs “ağıllı telefon”lardan kifayət qədər peşəkarcasına istifadə edir, şelfi çəkməklə minlərlə insanın heyranlığını qazanır. Həmin şəxslər sıralarımıza qatıla, əməyini və potensialını haqq işinə sərf edə bilər. Xalqların dəyərlərinə və inanclarına, yaşam tərzinə hörmətlə yanaşan, ölkəsinin və dünya türklərinin mənfəətini və maraqlarını qoruyan, xəbər alma və yayma potensialına malik hər kəsin bu işdə söz haqqına sahib olduğunu deyə bilərik.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

