Azərbaycan ilə Həştərxan vilayəti arasında sosial-iqtisadi, mədəni əlaqələr müzakirə olunub
17.12.2016 [12:13]
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin rəhbərlik etdiyi nümayəndə heyəti Nərimanov Rayon İcra Hakimiyyətində olub.
Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə keçirilən görüşdə ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılıb, Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında mövcud sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunub. Həmçinin dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi vurğulanıb, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində son illər böyük işlərin görüldüyü qeyd edilib. Bildirilib ki, Azərbaycan ilə Rusiya arasında əlaqələr xalqımızın Ümummilli lideri Heydər Əliyevin hakimiyyəti dövründə öz inkişafının yeni mərhələsinə qədəm qoyub və bu gün Prezident İlham Əliyev tərəfindən daha yüksək səviyyəyə çatdırılıb.
Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən Həştərxan şəhərində bir sıra sosial layihələr həyata keçirilib. Həştərxanda Ulu öndər Heydər Əliyevin xatirəsinə abidə ucaldılıb, Ümummilli liderin adını daşıyan park yenidən qurulub. Həştərxan şəhərində yerləşən və Ümummilli lider Heydər Əliyevin adını daşıyan 11 nömrəli ümumtəhsil məktəbinin binası tamamilə yenidən qurulub, həmin məktəbin nəzdində müasir uşaq bağçası tikilib istifadəyə verilib. Uşaq bağçasının açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Həmçinin Həştərxan şəhərində “Azərbaycan-Rusiya Dostluq Körpüsü” açılıb, Knyaz Vladimirin abidəsi ucaldılıb, “Meçta” uşaq əyləncə şəhərciyi salınıb və uşaq kafesi istifadəyə verilib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

