Bakıda “Dinlərarası tolerantlıq və mətbuatın rolu” mövzusunda beynəlxalq konfrans keçirilib
16.12.2016 [10:13]
Dekabrın 15-də ADA Universitetində “Dinlərarası tolerantlıq və mətbuatın rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, ADA Universitetinin Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzi, Avropa İttifaqının Qabaqcıl Təcrübəsinin Dəstəyi Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə təşkil edilib.
Rəsmi şəxslərin, diplomatik korpusun nümayəndələrinin, jurnalistlərin, beynəlxalq ekspertlərin, tələbələrin iştirak etdikləri konfransda dinlərarası tolerantlıq və medianın bu sahədə oynadığı rol barədə çıxışlar dinlənilib, müzakirələr aparılıb.
Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard əvvəlcə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələrdən danışıb. O, 2016-cı ilin bu baxımdan xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib. Qeyd edib ki, məhz bu il Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın yeni hüquqi müstəvidə qurulması qərara alınıb. Səfir gələn ilin əvvəlindən bu istiqamətdə danışıqlara başlanılacağına ümid etdiyini bildirib.
Malena Mard deyib ki, bu il Avropa İttifaqı ilə Azərbaycan arasında dörd alt komitədən üçü üzrə iclaslar keçirilib. O qeyd edib ki, Avropa İttifaqı Azərbaycanla səmərəli idarəçilik, iqtisadiyyat, enerji və digər məsələlərin müzakirəsinə böyük önəm verir.
Nümayəndəliyin rəhbəri vurğulayıb ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib və bu gün keçirilən konfransın mövzusu da bununla bağlıdır. Bu tədbirdə dini nifrətin, ekstremizmin qarşısının alınması kimi mövzularla bağlı fikir mübadiləsinin aparılması çox önəmlidir. Bu problemlərin həllinin tapılmasında açıq müzakirələr mühüm əhəmiyyət kəsb edir və mövzu ətrafında ekspertlərin, media nümayəndələrinin fikir bildirməsi vacibdir. M.Mard vurğulayıb ki, Azərbaycanda müxtəlif etnik azlıqlar arasında hər zaman anlaşma olub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, tolerantlıq bizim qədimdən gələn ənənəmizdir. Azərbaycanda müxtəlif millətlərin nümayəndələri tarixən dinc şəraitdə yaşayıblar. Azərbaycan xalqı ölkə ərazisində yaşayan xalqlara hər zaman tolerant münasibət göstərib. Üç səmavi dinin nümayəndələri öz dini inanclarını burada sərbəst şəkildə yerinə yetirirlər.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qeyd edib ki, Azərbaycan tolerant ölkədir. Müxtəlif millətlər, o cümlədən yəhudilər, xristianlar, hətta ermənilər heç bir problem olmadan burada rahat şəkildə yaşayırlar. Bu sahədə Azərbaycanın təkmil qanunvericiliyi var. Paytaxtın mərkəzində erməni kilsəsi olduğu kimi qalır. Ə.Amaşov Azərbaycan tolerantlığının, multikulturalizminin təbliğində mətbuatın rolundan danışıb.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev konfransın “Media və tolerantlıq” adlı panelində çıxış edərək dünyada baş verən qlobal problemlərdən danışıb. O, Azərbaycanın ötən əsrin 80-ci illərinin sonları və 90-cı illərinin əvvəllərində yaşadığı problemlərdən bəhs edərək ölkəmizdə qaçqınların və məcburi köçkünlərin olduğunu diqqətə çatdırıb. U.Mirzəyev həmin vaxtların Azərbaycanın tarixində ən ağrılı vaxtlar olduğunu qeyd edib.
BAMF-ın sədri bu gün dünyada miqrant, qaçqın probleminin artmasının narahatlıq doğurduğunu vurğulayıb. “1993-cü ildə Bolqarıstanda 273 miqrant olub, amma bu gün 78 mindən çoxdur. Bu rəqəm təxminən 285 dəfə artıb. Əslində, dünyanın qlobal problemi sayılan bu məsələ yaşanılan faciəni göstərir. Bu rəqəmin fərqinə varsaq, həqiqətən də nə qədər böyük faciənin yaşandığını görə bilərik. Dünyada baş verən bu kimi problemlər, yaşanılan fəlakətlər hər bir insanı düşündürməlidir. Dünya birliyi bu kimi problemlərin həlli üçün ciddi səy göstərməlidir”, - deyə BAMF-ın sədri bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, Azərbaycan bütün dünyada tolerantlıq örnəyi kimi tanınır. Ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirilən bütün tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Multikulturalizm və tolerantlıq ideyalarının təbliğində medianın üzərinə böyük vəzifələr düşür.
Beynəlxalq konfrans müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

