Görkəmli alim Aqil Əliyevin 90 illik yubileyi qeyd olunub
14.12.2016 [10:22]
Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli alim, Əməkdar elm xadimi, akademiyanın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Aqil Əliyevin anadan olmasının 90 illiyinə həsr edilən yubiley tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alim Aqil Əliyevin əsas elmi fəaliyyətinin kənd təsərrüfatının maddi-texniki bazasının inkişafına, kənd əhalisinin sosial rifahının yüksəldilməsinə, səhiyyənin iqtisadi problemlərinin həllinə yönəldiyini söyləyib. Bildirilib ki, onun tədqiqatlarında səhiyyə ilə iqtisadi inkişaf arasında qarşılıqlı əlaqə məsələləri xüsusi yer tutub. Aqil Əliyev səhiyyə xidmətlərinin planlaşdırılması, ayrılan xərclərin dinamik artımının təmin edilməsi, demoqrafik inkişaf göstəricilərinin yaxşılaşdırılması istiqamətində araşdırmalar aparıb. O, sosial sahələrin, həmçinin səhiyyənin qalıq prinsipi əsasında maliyyələşdirilməsindən imtina edilməsini konkret faktlarla əsaslandırıb. Alim Azərbaycanda məhsuldar qüvvələrin yerləşdirilməsi sxeminin tərtibçilərindən biri olub. AMEA-nın müxbir üzvü Aqil Əliyevin məhsuldar elmi-tədqiqatlar aparmaqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olduğunu deyən A.Əlizadə onun uzun müddət Azərbaycan Tibb Universitetində siyasi iqtisadiyyat üzrə mühazirələr oxuduğunu, burada sıravi müəllimlikdən professor, kafedra müdiri vəzifəsinədək yüksəldiyini diqqətə çatdırıb.
AMEA-nın prezidenti görkəmli alimin elmi-pedaqoji və ictimai fəaliyyətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini söyləyib, onun 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görüldüyünü, “Şöhrət” ordeni və bir sıra digər dövlət mükafatları ilə təltif olunduğunu xatırladıb.
Akademik A.Əlizadə Prezident İlham Əliyevin 2016-cı il 8 dekabr tarixli Sərəncamına əsasən keçirilən yubiley tədbirinin alimin elmi fəaliyyətinə verilən qiymətin bu gün də davam etdiyinin göstəricisi olduğunu vurğulayıb.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Cəmiyyətşünaslığın iqtisadi əsaslarının sosial konsepsiyası” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, ölkəmizdə ictimai və humanitar elmlərin əsas istiqamətini təşkil edən cəmiyyətin inkişafı məsələləri elmdə müxtəlif aspektlərdə araşdırılır.
İ.Həbibbəyli qeyd edib ki, sovet cəmiyyətinin sosial həyatının araşdırılması reallıqların əks etdirilməsi baxımından çətinlik yaratdığına görə çox vaxt arxa planda saxlanılıb. AMEA-nın müxbir üzvü Aqil Əliyevin cəmiyyətin inkişafında sosial sahənin rolu və əhəmiyyətinə həsr etdiyi qiymətli elmi əsərləri ilə iqtisad elmindəki həmin boşluq aradan qaldırılıb. Aqil Əliyev bu həssas istiqamətdə baş verən prosesləri təqdim etmək üçün sosial siyasətdən çox sosial həyatın reallıqlarını öyrənib ümumiləşdirməyə üstünlük verib. Alim insanın sosial həyatını onun cəmiyyətdəki yeri və rolu ilə əlaqədə araşdırıb, ümumiləşdirmələr aparıb, elmi nəticələr çıxarıb və beləliklə, elmdə Azərbaycan cəmiyyətinin sosial siması müəyyənləşdirilib. Bu baxımdan Aqil Əliyevin ölkəmizdə sosial sahənin iqtisadiyyatına həsr olunmuş əsərləri geniş mənada cəmiyyətin aktual məsələlərinin tədqiqinə və əsaslandırılmasına xidmət edir. Səhiyyənin iqtisadiyyatına həsr etdiyi tədqiqatları ilə Aqil Əliyevin Azərbaycan elmində yeni istiqamət açdığını deyən İ.Həbibbəyli alimin sosial iqtisadiyyata aid əsərləri ilə səhiyyənin iqtisadiyyatına dair araşdırmalarının bir-birini tamamladığını vurğulayıb.
Sonra AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov Aqil Əliyev ilə bağlı xatirələrini bölüşüb. Görkəmli alimin həyat və elmi fəaliyyətindən danışan akademik onun insani keyfiyyətlərindən də söz açıb.
“İqtisadi inkişaf və ictimai rifah” mövzusunda təqdimatla çıxış edən AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru Nazim İmanov bildirib ki, Aqil Əliyev ötən əsrin son rübündə əhalinin həyat səviyyəsinin problemləri üzrə Azərbaycanın ən tanınmış iqtisadçılarından biri olub. Aqil Əliyev böyük iqtisadçı alim, mahir pedaqoq, yaxşı təşkilatçı olmaqla yanaşı, həm də qayğıkeş insan idi.
“Əhalinin həyat səviyyəsi və keyfiyyət problemlərinin tədqiqi sahəsində görkəmli iqtisadçı alim” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın müxbir üzvü Şahbaz Muradov keçmiş SSRİ məkanında təkrar istehsal, şəxsi istehlak problemlərinin sistemli və kompleks şəkildə tədqiqinin ilk dəfə Aqil Əliyev tərəfindən aparıldığını bildirib.
Aqil Əliyevin əsərlərinin böyük qisminin xarici ölkələrdə çap edildiyini deyən Ş.Muradov diqqətə çatdırıb ki, əcnəbi iqtisadçı alimlərin və sosioloqların əsərlərində onun kitablarına çoxlu istinadlar olunub. Alimin əsərləri arasında müasir dövr və bazar iqtisadiyyatına keçidlə bağlı tədqiqatlar xüsusi yer tutur. Aqil Əliyevin kadr hazırlığı sahəsində böyük xidmətlərinin olduğunu söyləyən Ş.Muradov onun bilavasitə rəhbərliyi və köməkliyi ilə iqtisad elmi sahəsində xeyli sayda fəlsəfə və elmlər doktoru hazırlandığını bildirib.
Daha sonra fəlsəfə elmləri doktoru, professor Qoşqar Əliyevin “Aqil Əliyevin elmi-pedaqoji və ictimai fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, görkəmli alim zəngin elmi-pedaqoji təcrübəsi, təfəkkürün məntiqiliyi, xeyirxahlığı, mübarizliyi, tükənməz səbri sayəsində insanlıq zirvəsini fəth edib.
“Görkəmli alimin şərəfli ömür yolu və müasirlik” mövzusunda məruzə ilə çıxış edən professor Rəna Sultanova Aqil Əliyevin apardığı tədqiqat işlərinin çoxsahəli olduğunu söyləyib. Qeyd edilib ki, alimin elmi yaradıcılığında əsas yeri iqtisadi nəzəriyyənin bir sıra aktual problemləri, o cümlədən sosial-iqtisadi məsələlər, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, ərzaq və təchizat problemləri, səhiyyənin iqtisadiyyatı tutur. Aqil Əliyev ilə birlikdə “Səhiyyənin iqtisadiyyatı” dərsliyini hazırladıqlarını xatırladan R.Sultanova bildirib ki, nəşrdə səhiyyə problemləri araşdırılıb, bu sahənin inkişafının ictimai istehsalla uzlaşdırılması və səmərəliliyinin artırılması, qalıq prinsipi əsasında maliyyələşdirilməsindən imtina edilməsi, tibbi sığorta modelinin tətbiqi və dövlət büdcəsinin sosialyönümlü olması fikirləri irəli sürülüb.
Tədbirdə digər çıxış edənlər də Aqil Əliyevin həyat və elmi fəaliyyətindən, insani keyfiyyətlərindən danışıblar.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40

