/ / Korrupsiyaya Qarşı Avropa Tərəfdaşları Təşkilatı çərçivəsində regional əməkdaşlıq uğurla davam etdirilir
Korrupsiyaya Qarşı Avropa Tərəfdaşları Təşkilatı çərçivəsində regional əməkdaşlıq uğurla davam etdirilir
18.11.2016 [10:18]
Noyabrın 15-17-də Latviyanın paytaxtı Riqada Korrupsiyaya Qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya Qarşı Avropa Ələqələndiricilər Şəbəkəsinin (EACN) 16-cı illik Peşəkar Konfransı və Baş Assambleyasının iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikasını baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Assambleyanın iclasının açılışında Avropa Komissiyasının Dələduzluqla Mübarizə İdarəsinin (OLAF) baş direktoru Covanni Kessler və Latviyanın baş prokuroru Eriks Kalnmeyers çıxışlarında təşkilatın inkişafı ilə bağlı görülən işlər, əldə edilmiş uğurlar, korrupsiyaya qarşı mübarizə sahəsində dünyada həyata keçirilmiş mütərəqqi islahatlar, həmçinin gələcək planlar barədə ətraflı məlumat veriblər.
Sessiyada çıxış edən nümayəndə heyətinin rəhbəri K.Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, korrupsiyaya qarşı mübarizə sahəsində institusional və cinayət təqibi tədbirləri, o cümlədən Beynəlxalq Prokurorlar Assosiasiyasının Antikorrupsiya Şəbəkəsinin Baş İdarə tərəfindən idarə olunan internet saytı və onun fəaliyyəti haqqında ətraflı məlumat verib.
Tədbirdə təşkilata üzv ölkələr tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunmuş müsbət təcrübələr, o cümlədən korrupsiya hüquqpozmalarının araşdırılması üsulları və onunla mübarizə mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Bundan başqa, cari il mayın 23-24-də Buxarestdə EPAC və EACN-in İşçi Qrupunun “Səhiyyə sistemində korrupsiya - preventiv tədbirlər və istintaq, ən yaxşı təcrübələr və qarşıda duran vəzifələr” mövzusunda keçirilmiş konfransı çərçivəsində əldə olunmuş təcrübələrlə bağlı müvafiq hesabat təqdim edilib.
Tədbir çərçivəsində Latviya Respublikasının Baş prokuroru və Korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə üzrə Bürosunun rəhbəri, habelə OLAF-ın baş direktoru və bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirilməklə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.
Sonda Gürcüstanın quruma üzv qəbul edilməsi və Regional Antikorrupsiya Təşəbbüsü Təşkilatının EPAC-ın fəaliyyətinə və görülən işlərə nəzarətçi qismində seçilməsi ilə əlaqədar səsvermə keçirilib. Səsvermə nəticəsində hər iki təklif qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

