Dövlət Bayrağı Günü münasibətilə klassik avtomobillərin paradı və sərgisi keçirilib
11.11.2016 [10:16]
Azərbaycan Avtomobil Federasiyası (AAF) noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə klassik avtomobillərin paradını və sərgisini təşkil edib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısından start götürən və Dövlət Bayrağı Meydanınadək davam edən yürüşdə Arzu Əliyeva və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, eləcə də klassik avtomobil həvəskarları iştirak ediblər.
Paradda 70-dən artıq klassik avtomobil iştirak edib. Tədbirə klassik avtomobil sahibi olan şəxslər də qoşulublar. Klassik avtomobil həvəskarları AAF-ın çağırışına qoşularaq Dövlət Bayrağı Gününə həsr olunmuş yürüşdə iştirak ediblər.
Xatırladaq ki, AAF klassik avtomobil sahiblərini parada iştirakçı kimi dəvət edib. 1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahibləri noyabrın 8-dək qeydiyyatdan keçiblər.
Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş klassik avtomobillər paytaxt küçələri ilə yürüş edərək sakinlərin bayram ovqatını artırıb. Yürüş Dövlət Bayrağı Meydanında başa çatıb.
Paradın davamı olaraq, Dövlət Bayrağı Meydanında klassik avtomobillərin sərgisi keçirilib. Paytaxt sakinləri və şəhərimizin qonaqları nadir eksponatlarla tanış olublar.
Bu parad və sərgi federasiyanın təşkil etdiyi silsilə tədbirlər sırasında mədəniyyət irsi olan klassik avtomobillərin qorunmasına və təşviqinə yönələn, eyni zamanda, Dövlət Bayrağı Günündə xoş əhval-ruhiyyə yaradan bir layihədir. AAF klassik avtomobillərlə bağlı bir sıra tədbirlər keçirib. Həmçinin Heydər Əliyev Mərkəzində federasiyanın birgə layihəsi əsasında sərgi nümayiş etdirilir. Bu il sərgini minlərlə turist ziyarət edib.
Klassik avtomobillərin qorunub saxlanılması, dünya üzrə mədəniyyət irsi sayılması bəşəriyyətin və elmin keçdiyi inkişaf yolunu göstərir. Hər bir avtomobil öz istehsal ilinə uyğun olaraq elmin, texnologiyanın inkişafının həmin dövrə görə son mərhələsi hesab edilir. Bəzi insanların bu avtomobillərlə bağlı xatirələri var. Ən önəmli məsələ isə ondan ibarətdir ki, bu avtomobillər, ümumiyyətlə, avtomobil turizminin inkişafına səbəb olur. Bugünkü paradda ölkəmizdə vaxtilə istifadə olunmuş avtomobillər iştirak edib. Ən köhnə avtomobil 1949-cu ilin istehsalıdır.
“Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Nigar Camal təəssüratlarını jurnalistlərlə bölüşərək parad və sərginin yüksək səviyyədə təşkil edildiyini bildirib və hamını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.
Şəhər sakini və klassik avtomobil paradının iştirakçısı Əlisəfa Zeynalov isə belə bir gündə retro avtomobili idarə etməyindən qürur duyduğunu bildirib. Əlisəfa Zeynalov 1962-ci ilin buraxılışı olan sovet maşınını idarə etməyin çətin olduğunu desə də, bu parada böyük həvəslə qoşulduğunu vurğulayıb.
Şəhər sakini Roza Mirzə sərginin möhtəşəm təşkil olunduğunu, adamlarda nostalji hisslər oyatdığını qeyd edib.
Klassik avtomobillər uzun illərdən bəri öz şöhrətini nəinki itirməyən, hətta zaman keçdikcə daha da artıran və tarixin müəyyən bir dövrünü özündə yaşadan nəqliyyat vasitələridir. Bu avtomobillərin əsas özəllikləri ən azı 30-35 il əvvələ aid olması və az sayda istehsal edilməsidir.
Klassik avtomobillərin bu paradının xüsusi cəlbediciliyi var idi. Müasir Bakı küçələri ilə hərəkət edən bu avtomobillər insanı sanki keçmişlə gələcəyin qovuşduğu nöqtəyə apardı. Beləliklə, uşaqdan böyüyədək hamı Dövlət Bayrağı Gününün sevincini birlikdə yaşadı.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

