Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Hakim vəzifəsinə 7 namizədin müraciətinə açıq apelyasiya qaydasında baxılıb

Hakim vəzifəsinə 7 namizədin müraciətinə açıq apelyasiya qaydasında baxılıb

11.11.2016 [10:04]

Dövlətimizin başçısının tapşırıqlarına əsasən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin seçimi davam edir.
Hakimlərin Seçki Komitəsindən AZƏRTAC-a bildiriblər ki, mətbuatda xəbər verildiyi kimi, hakim olmaq üçün namizədliyini irəli sürmüş 800-dən çox hüquqşünasla “Baku Crystal Hall”da test imtahanı, habelə həmin imtahanda müvəffəqiyyət qazanmış 359 nəfər namizədlə yazılı imtahan təşkil olunub.
Bütün namizədlərlə bərabər şəraitdə, vahid zalda keçirilən bu imtahanlar çoxsaylı müşahidəçilər və KİV nümayəndələri tərəfindən axıradək izlənilib, şəffaflığın təmin edilməsi məqsədilə proseslər “onlayn” rejimində internet vasitəsilə birbaşa yayımlanıb.
Yazılı imtahanın nəticələrinə görə, 176 nəfər müsabiqənin növbəti mərhələsinə - şifahi imtahana buraxılıb. 183 nəfər isə müvafiq bal toplaya bilməyib və namizədlərdən 7-si imtahan nəticələrinin onların iştirakları ilə yenidən araşdırılmasını xahiş edib. Bununla əlaqədar məsələyə Hakimlərin Seçki Komitəsi tərəfindən noyabrın 10-da həmin namizədlərin, habelə, QHT və KİV nümayəndələrinin iştirakı ilə açıq apelyasiya qaydasında baxılıb.
Proses zamanı hakimliyə namizədlərin cavabları bir daha yoxlanılaraq nəticələrin düzgün hesablandığı müəyyən olunub, onlar öz cavab vərəqələri ilə tanış edilib, yol verdikləri səhv və nöqsanlar diqqətlərinə çatdırılıb və müvafiq izahlar verilib.

Paylaş:
Baxılıb: 664 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30