Azərbaycanda kütləvi informasiya vasitələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub
09.11.2016 [00:10]
Ölkə Prezidentinin müvafiq sərəncamları ilə televiziya və radio işçilərinin təltif olunması bu qayğının daha bir nümunəsidir
Məlum olduğu kimi, Azərbaycan dövləti mətbuat və söz azadlığının qorunması, KİV-in maddi-texniki bazasının gücləndirilməsi və media nümayəndələrinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində uğurlu siyasət həyata keçirir. Kütləvi informasiya vasitələrinin inkişafının və daha səmərəli fəaliyyət göstərməsinin şərtlərindən birinin də dövlət orqanları ilə media arasında münasibətlərin səmərəli şəkildə qurulması olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti bu istiqamətdə mühüm addımlar atır.
Digər tərəfdən, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində ölkədə mətbuatın inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə hərtərəfli dövlət qayğısı göstərilməsi ilə yanaşı, jurnalistlərin öz peşə fəaliyyətlərini sərbəst şəkildə həyata keçirmələrinə də lazımi şərait yaradılıb və bütün hüquqi təminatlar verilib. Azərbaycanda KİV-ə dövlət qayğısından danışarkən onu da vurğulamaq yerinə düşər ki, məhz bu qayğının nəticəsində ölkəmizdə azad sözün inkişafında özünəməxsus rolu olan yazılı və elektron KİV-lərin yubileyləri yüksək səviyyədə təşkil olunur, həmçinin dövlət başçısının müvafiq sərəmcamları ilə KİV təmsilçiləri, o cümlədən televiziya və radio işçiləri təltif olunurlar, onlara fəxri adlar, müxtəlif dövlət mükafatları verilir.
Bu məqamda qeyd edək ki, hər il noyabrın 6-sı ölkəmizdə televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu il isə həmin tarix Azərbaycan Radiosunun 90 və Azərbaycan Televiziyasının 60 illiyinə təsadüf edib və bu münasibətlə noyabrın 3-də Heydər Əliyev Sarayında təntənəli yubiley mərasimi keçirilib. Eyni zamanda, dövlət başçısı noyabrın 7-də Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında, televiziya və radio işçilərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında, həmçinin, Azərbaycan Respublikasının televiziya və radio işçilərinin təltif edilməsi haqqında müvafiq sərəncamlar imzalayıb.
Prezident İlham Əliyevin bu addımı KİV nümayəndələri, o cümlədən təltif olunmuş şəxslər tərəfindən yüksək qiymətləndirilir. Məsələn, dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüş tanınmış diktor, uzun illər Azərbaycan Dövlət Televiziyasında çalışmış Şərqiyyə Hüseynova ona göstərilən etimada görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Ölkə Prezidentinin hər zaman jurnalistlərə qayğı göstərdiyini deyən Şərqiyyə Hüseynova qeyd edib ki, bu sahədə dövlətin və dövlət başçısının diqqəti həmişə hiss olunur: “Prezidentin fərdi təqaüdünə layiq görülməyim mənim üçün böyük dayaq, dəstəkdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevə çox təşəkkür edirəm ki, mənim zəhmətimi yüksək dəyərləndirdi”.
Azərbaycan Prezidentinin Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülən “Lider” televiziyasının əməkdaşı Mətanət Ağamirli isə öncə onu bildirib ki, Azərbaycanda söz, fikir azadlığına böyük önəm verilir. Onun sözlərinə görə, bu amil demokratik prinsiplərin mühüm tərkib hissəsidir. Əməkdar jurnalist deyib ki, ölkəmizdə demokratik inkişafın əsas atributlarından biri olan kütləvi informasiya vasitələrinin, milli mətbuatımızın inkişafı üçün hər cür şərait yaradılıb. M.Ağamirli qeyd edib ki, dövlət başçısının KİV-ə göstərdiyi xüsusi diqqət və qayğı bu sahənin sürətlə irəliləməsinə, televiziyaların, mətbu orqanların fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin artmasına səbəb olub: “Məhz bunun nəticəsidir ki, hazırda ölkəmizdə televiziya və radioların, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət orqanları ilə KİV arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Ümumiyyətlə, ölkə Prezidenti İlham Əliyevin KİV-in inkişafına göstərdiyi diqqət və qayğı istər Azərbaycan, istərsə də dünya ictimaiyyətinə yaxşı məlumdur. Çünki Prezident İlham Əliyev jurnalistlərin dostudur və bu sahə ilə bağlı məsələlərə xüsusi diqqətlə yanaşır. Hesab edirəm ki, bir qrup televiziya və radio işçisinin dövlət başçısı tərəfindən təltif olunması bu diqqətin əyani ifadəsidir. Öz növbəmdə, məni “Əməkdar jurnalist” fəxri adına layiq gördüyü üçün cənab Prezidentə dərin təşəkkürümü bildirirəm və fəaliyyətimlə bu etimadı layiqincə doğrultmağa çalışacam”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45

