“Mən azərbaycanlıyam” milli bilik yarışmasının qalibləri mükafatlandırılıb
03.11.2016 [10:14]
Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirliklərinin, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “Mən azərbaycanlıyam” milli intellektual bilik yarışmasının 6-cı mövsümünün qaliblərinin noyabrın 2-də mükafatlandırılması mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimində əvvəlcə layihəyə həsr olunan videoçarx nümayiş etdirilib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edərək altı il əvvəl start verilən layihənin cəmiyyətimiz, o cümlədən gənclərimiz tərəfindən böyük maraqla qarşılandığını vurğulayıb. Bildirib ki, bu günlərdə dövlət müstəqilliyinin bərpasının 25 illiyini qeyd edən Azərbaycanda dövlət gənclər siyasəti uğurla reallaşdırılır. Gənclərlə işin dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu qeyd edən İ.Babayev onlara diqqət və qayğı göstərilməsinin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu söyləyib. Bildirib ki, Ümummilli lider Heydər Əliyev gənclərimizin geniş intellektə, dünyagörüşünə malik olmalarına, milli vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə edilmələrinə, fiziki cəhətdən sağlam yetişmələrinə xüsusi diqqət yetirirdi. Qürurverici haldır ki, müasir Azərbaycanın sağlam gəncliyi ölkəmizi bütün sahələrdə layiqincə təmsil edir. Gənclərimizin potensialının inkişaf etdirilməsi dövlət gənclər siyasətinin tərkib hissəsidir. “Mən azərbaycanlıyam” layihəsi isə intellektual potensialı olan gənclərin üzə çıxarılmasına imkan yaradır. Bu layihənin qalibi olmuş gənclər bu gün öz uğurları ilə fərqlənirlər.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, təhsil nazirinin müavini Firudin Qurbanov, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Elsevər Dünyamalıyev də çıxışlarında “Mən azərbaycanlıyam” intellektual bilik yarışmasının gənclər arasında populyar olduğunu, müsabiqənin auditoriyasının ildən-ilə genişləndiyini vurğulayıblar. Qeyd edilib ki, Azərbaycan gənclərinin tariximizi, milli mənəvi dəyərlərimizi, tarixi-mədəni irsimizi dərindən öyrənmələri baxımından bu yarışma mühüm rol oynayır. Geniş tamaşaçı kütləsinə malik olan, xüsusən də gənclər arasında böyük maraqla qarşılanan layihənin məqsədi gənclərə Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını tanıtmaq, onları milli mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etmək sahəsində məqsədyönlü işin aparılmasıdır.
Sonra bilik yarışmasının qaliblərinə mükafatlar təqdim olunub.
Ümumilikdə 36 gənc mükafatlandırılıb. Altıncı mövsümün qalibi Fərid Hüseynov (Bakı), eləcə də ikinci yerin sahibləri olan Elmin Əzizov (Qax), Müseyib Şirəliyev (Bakı) və Adil Qarayev (Bakı) isə xüsusi mükafatlarla təltif ediliblər.
Mükafatlandırmadan sonra mərasim tanınmış incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.

Xəbər lenti
Hamısına baxDünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10