Azərbaycanda Milli Qəhrəmanlara böyük ehtiram göstərilir
13.10.2016 [10:03]
Prezident İlham Əliyevin Milli Qəhrəman adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında bu günlərdə imzaladığı müvafiq Fərman respublikamızda Milli Qəhrəmanlara və onların ailə üzvlərinə dövlət tərəfindən göstərilən yüksək qayğının növbəti ifadəsidir
Xəbər verildiyi kimi, bu günlərdə Prezident İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında müvafiq Fərman imzalayıb. Bəhs olunan Fərmana əsasən, Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 1300 (min üç yüz) manat müəyyən edilib.
Ümumiyyətlə, respublikamızda Milli Qəhrəmanlara, onların ailə üzvlərinə dövlət tərəfindən göstərilən diqqət və qayğının miqyası kifayət qədər böyükdür. Milli Qəhrəmanların, o cümlədən də müharibə əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Son illər ərzində təxminən 5200 şəhid ailəsi və müharibə əlilinə dövlət tərəfindən ev verilib. Eyni zamanda, onlara 5 mindən artıq minik avtomobili ayrılıb. Milli Qəhrəmanların və onların ailə üzvlərinin əksəriyyəti hər cür kommunal rahatlıqları olan mənzillərlə təmin olunublar.
Məlum olduğu kimi, Prezident İlham Əliyev 21 dekabr 2015-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, müvafiq kateqoriyadan olan şəxslərin ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 10,0 (on) milyon manat ayrılıb. Qeyd olunan vəsait dövlət başçısının 20 iyun 2014-cü il tarixli Sərəncamının icrası, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış müharibə əlilləri və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və fərdi evlə təmin edilməsi işlərinin davam etdirilməsi üçün nəzərdə tutulub. Layihəyə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ölkənin 52 rayonunda 375 fərdi yaşayış evinin tikintisinə başlanılıb. Milli Qəhrəmanların, şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə mənzillərin inşası respublikanın müxtəlif bölgələrində, o cümlədən də paytaxt Bakıda həyata keçirilir. Əlamətdar haldır ki, mənzillər yüksək səviyyədə təmir olunaraq Milli Qəhrəmanların, şəhidlərin ailələrinə, müharibə əlillərinə verilir.
Prezident İlham Əliyevin “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” bu günlərdə imzaladığı müvafiq Fərman respublikamızda Milli Qəhrəmanlara və onların ailə üzvlərinə dövlət tərəfindən göstərilən yüksək qayğının növbəti ifadəsidir. Bəhs olunan Fərman bir daha təsdiqləyir ki, xalq, dövlət, Vətən üçün xüsusi xidmət göstərən insanların sosial müdafiəsinin gücləndirilməsinə Azərbaycan dövləti tərəfindən daim yüksək siyasi iradə nümayiş etdirilir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30

