/ / “Dilin, milli şüurun və mədəniyyətin qloballaşma vasitəsilə sinergetikası” kitabı ingilis dilində nəşr olunub
“Dilin, milli şüurun və mədəniyyətin qloballaşma vasitəsilə sinergetikası” kitabı ingilis dilində nəşr olunub
05.10.2016 [10:30]
Filologiya elmləri doktoru, Azərbaycan Dövlət Dillər Universitetinin professoru Nigar Vəliyevanın “Dilin, milli şüurun və mədəniyyətin qloballaşma vasitəsilə sinergetikası” kitabı ingilis dilində nəşr olunub.
AZƏRTAC xəbər verir ki, monoqrafiya xarici dillərin tədrisində spesifik xüsusiyyətlərin öyrənilməsinə həsr edilib. Bu, təkcə izahın təsvir, analiz, ərizə-təsnifat yolları ilə deyil, bir-birinə qohum olmayan dillərin effektiv öyrənilməsi ilə araşdırılması, qlobal dünyada çoxmədəniyyətli kommunikasiyanın intensiv inkişafının nəzərə alınması və digər məsələləri özündə ehtiva edir.
Monoqrafiya ingilis dili müəllimləri, dilçi alimlər, aspirantlar, tələbələr, həmçinin pedaqogika, psixologiya, leksikologiya, sosial linqvistika, məntiq, region ədəbiyyatı ilə məşğul olan mütəxəssislər üçün mükəmməl vəsaitdir. Kitab, eyni zamanda, qloballaşma prosesində çoxmədəniyyətli kommunikasiyanın və onun milli dilə, mədəniyyətə, şüura təsiri ilə maraqlananlar üçün nəzərdə tutulur.
Kitaba ön söz yazan Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov qeyd edir ki, “Dilin, milli şüurun və mədəniyyətin qloballaşma vasitəsilə sinergetikası” monoqrafiyasının oxucuları bu sahədə onları maraqlandıran suallara ətraflı cavab tapa bilərlər. Professor Nigar Vəliyeva innovativ araşdırma metodlarından istifadə edərək müasir dünya elmində qlobal dəyərləri tədqiq etmək imkanı yaradır. Müəllif, həmçinin Azərbaycanın dinamik inkişafı, dünyada yeri, mədəniyyəti, dili, adət-ənənələri, yaradıcı potensialı haqqında müqayisələri oxuculara təqdim edib.
Monoqrafiyada “Dil və mədəniyyətin qədim və yeni körpüləri haqqında fikirlər”, “Qloballaşma. Bu nə deməkdir?”, “Qlobal ingilis dili”, “Mədəni qloballaşma”, “Ədəbi dilin problemi”, “Çoxmədəniyyətli kommunikasiya”, “Kütləvi medianın xarici dilin öyrənilməsi prosesinə böyük təsiri” və digər mövzular yer alıb.
Professor Nigar Vəliyeva 200-dən çox elmi işin, 12 monoqrafiyanın müəllifidir. Onun elmi məqalələri ABŞ, Rusiya, Braziliya, Polşa, Rumıniya, Fransa, Kanada və digər ölkələrdə, eləcə də Azərbaycanın müxtəlif beynəlxalq elmi jurnallarında çap olunub.
Nigar Vəliyeva 2011-ci ildən Avropa Linqvistika Cəmiyyətinin üzvüdür. O, Azərbaycan leksikoqrafiyası tarixində ilk dəfə olaraq Azərbaycan-Rus frazeoloji lüğətini hazırlayıb. Lüğətdə 90 mindən çox idiomun izahı verilib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

