Atışma dayandıqdan sonra Taleh Bağırovun tərəfdarlarını saxladıq
04.10.2016 [09:34]
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə ötən iclasda ifadə verən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Firuz Mehdiyev təqsirləndirilən şəxslərin və vəkillərin suallarını cavablandırıb.
F.Mehdiyev bildirib ki, atışma dayandıqdan sonra Əbülfəz Bünyatovu saxlayıb: “Həmin vaxt o yaralı idi və əl-qol atırdı ki, qaçsın”. O, hadisə vaxtı qadın, uşaq görmədiyini deyib.
Təqsirləndirilən Aqil İsmayılov isə müstəntiq tərəfindən dindirilən zaman Firuz Mehdiyevin də orada olduğunu söyləyib. O bildirib ki, F.Mehdiyev ona təzyiq edib. Lakin F.Mehdiyev onun dediklərini təkzib edərək, başqa əməkdaşla səhv saldığını vurğulayıb.
Vəkil Yalçın İmanov şahiddən idarədə ona oxşayan əməkdaşların ad və soyadını soruşub. Şahid suala cavab verməyib. Hakim Əlövsət Abbasov isə suala cavab vermədiyi üçün şahidin barəsində tədbir görüləcəyini deyib.
F.Mehdiyev təqsirləndirilən şəxslərə qarşı tələbinin olmadığını deyib.
Sonra vəkil Y.İmanov ötən iclas zamanı ifadə verən şahid Ramil Salmanovun barəsində ekspertiza təyin olunması haqqında vəsatətin müzakirə edilməsini istəyib. Təqsirləndirilən şəxslər və vəkilləri vəsatəti müdafiə ediblər. Prokuror isə vəsatətin təmin olunmamasını istəyib.
Bundan sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hakim vəsatətin təmin olunmadığını deyib. Sonra vəkil Fariz Namazlı ötən iclas zamanı şahidlərdən birini təhqir edən təqsirləndirilən şəxs Cahad Babakişizadənin məhkəməyə müraciət etdiyini, iclaslarda iştirak etmək istədiyini deyib. Hakim onun müraciətini qəbul edib və o, prosesə buraxılıb. Təqsirləndirilən Abbas Hüseynov isə dövlət ittihamçısına etiraz edərək, onun qərəzli münasibət göstərdiyini deyib. Hakim vəsatətin yazılı şəkildə məhkəməyə təqdim edilməsini istəyib.
Sonra BMCMİ-nin əməkdaşı Mehman Teymurov ifadə verib. O deyib ki, idarəyə Taleh Bağırovla bağlı daxil olmuş məlumat əsasında əməliyyat müşavirəsi keçirilib. Müşavirədə Nardaranda əməliyyat keçirilməsinə qərar verilib. O, hadisə baş verən evdə Abbas Tağızadəni zərərsizləşdirdiyini, üzərindən qumbara və beşbarmaq çıxdığını deyib.
İstintaq zamanı ifadə verən M.Teymurov isə ifadəsində göstərib ki, əməliyyat zamanı əlində beşbarmaq olan Tağızadə Abbas Hafiz oğlunu saxlayıb. Onun üstünə baxış keçirilərkən şalvarın sol yan cibindən bir ədəd alışdırıcısı ilə birlikdə əl qumbarası, əynindəki şalvarın sağ yan cibindən isə Taleh Bağırovun müraciət kitabı aşkar edilərək götürülüb.
Sonra şahid dövlət ittihamçısının, təqsirləndirilən şəxslərin və vəkillərin suallarını cavablandırıb. Bildirib ki, o, hadisə zamanı xəsarət almasa da, mənəvi zərər çəkib. Şahid təqsirləndirilən şəxslərə qarşı hər hansı tələbinin olmadığını da deyib.
Məhkəmə prosesi oktyabrın 5-də davam etdiriləcək.
Xəbər lenti
Hamısına baxAnalitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15

