Bakı Slavyan Universiteti beynəlxalq əlaqələrini genişləndirir
30.09.2016 [10:06]
Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumun iştirakçıları - ABŞ parlamentinin üzvü, Viskonsin Universitetinin rektoru, jurnalist, beynəlxalq multikulturalizm məsələləri üzrə ekspert Peter Tase, Paraqvay Milli Şərq Universitetinin rektoru, Paraqvay parlamentinin deputatı Esmerita Sançes de Da Silva və Portuqaliya Universitetinin prorektoru Teresa do Rosario Domasio Bakı Slavyan Universitetində (BSU) olublar.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Paraqvayın iki universiteti - Milli Şərq (Santa Clara de Asis Universiteti) və Şərqin Milli universitetləri, həmçinin ABŞ-ın Viskonsin Universiteti ilə BSU arasında anlaşma memorandumu və əməkdaşlıq haqqında razılaşma müqaviləsi imzalanıb.
BSU-nun rektoru, professor Nurlana Əliyeva rəhbərlik etdiyi ali məktəbin dünyanın bir çox universitetləri ilə sıx əlaqələri olduğunu, burada ayrı-ayrı ölkə və xalqların tarixinin, mədəniyyətinin, ədəbiyyatının, etnoqrafiyasının araşdırıldığını və Avropaya inteqrasiya prosesinə öz töhfələrini verdiyini söyləyib.
N.Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumuna dünyanın müxtəlif ölkələrindən qonaqların gəlməsini əlamətdar hadisə kimi dəyərləndirib, bunun ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına ciddi təkan verəcəyini vurğulayıb. Rektor forumun keçirilməsinin Prezident İlham Əliyevin 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etməsi istiqamətində növbəti addım olduğunu qonaqların diqqətinə çatdırdı.
P.Tase Azərbaycana səfərdən məmnunluğunu bildirib, ölkəmizin qısa müddətdə böyük inkişaf yolu keçdiyini söyləyib. O, bir jurnalist kimi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bundan sonra daha çox fəallıq göstərəcəyini bildirib. O, Azərbaycan müəllim və professorlarının, o cümlədən tələbələrinin əsərlərinin ABŞ-ın müxtəlif qəzet və jurnallarında dərc olunmasına şərait yaradacağını qeyd edib.
Tədbirin sonunda P.Tase BSU-nun beynəlxalq münasibətlər fakültəsinin tələbələri üçün multikultural dəyərlər mövzusunda mühazirə oxuyub, onların suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05

