Nərimanov rayonunda referendum uğurla keçirilib
27.09.2016 [11:20]
Rayon seçiciləri aktiv şəkildə səsvermə prosesində iştirak ediblər
26 sentyabr - ümumxalq səsverməsi (referendum) seçicilərin fəallığı ilə keçirilib. Vətəndaşlar ölkəmizin gələcəyinə laqeyd qalmayaraq öz səslərinin həlledici olduğunu və Konstitusiya islahatlarının ölkəmizin inkişafında mühüm rol oynadığını birmənalı şəkildə bütün dünyaya nümayiş etdiriblər. Seçici fəallığı Nərimanov rayonunda da yüksək olub. Qeyd edək ki, Nərimanov rayonunda 3 seçki dairəsi fəaliyyət göstərir. 18 saylı Nərimanov-Nizami Seçki Dairəsi üzrə 16 məntəqədə 20 min 754 seçici, 19 saylı Nərimanov birinci Seçki Dairəsi üzrə 35 məntəqədə 45 min 690 seçici, 20 saylı Nərimanov ikinci Seçki Dairəsində isə 33 məntəqədə 44 min 615 seçici qeydiyyatdadır.
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, Nərimanov rayonunda referendumun yüksək səviyyədə keçirilməsi üçün lazımi addımlar atılıb. T.Tağıyev səsvermənin gedişi ilə bağlı gün ərzində bütün məntəqələrdən məlumat aldıqlarını bildirib: “Nümayəndələrimizdən aldığımız məlumatlara görə, səsvermə prosesində qanun pozuntuları aşkar olunmayıb. Proses qanun çərçivəsində başa çatıb. Rayonun ərazisində seçkiləri çoxsaylı müşahidəçilər izləyiblər”.
19 saylı Nərimanov birinci Seçki Dairəsinin 4 saylı məntəqəsində seçicilər məntəqəyə gələrək öz vətəndaşlıq borcunu yerinə yetiriblər. Məntəqənin sədri Rafael Bayramov məntəqə üzrə 1320 seçicinin qeydiyyatda olduğunu bildirib. O deyib ki, məntəqədə bütün lazımi şərait yaradılıb və proses qanunauyğun şəkildə həyata keçirilib.
19 saylı Nərimanov birinci Seçki Dairəsinin 7 saylı məntəqəsində də seçici fəallığı müşahidə olunub. Seçki məntəqəsinin sədri Məhyəddin Həsənov məntəqə üzrə 1302 seçicinin qeydiyyatda olduğunu bildirib. Onun sözlərinə görə, insanlar fəal şəkildə səsvermə prosesində iştirak ediblər: “Seçicilərin normal iştirakı üçün məntəqədə bütün şərait var və məntəqə lazımi texniki avadanlıqlarla təchiz olunub”.
Məntəqə sədri deyib ki, səsvermə prosesini YAP-ın, müxalifət partiyalarının nümayəndələri, eləcə də öz təşəbbüsü ilə müşahidəçi olanlar izləyirlər.
Müşahidəçilərdən Larisa Stankinas hər hansı qanun pozuntusuna rast gəlmədiyini bildirib: “Səsvermənin gedişində heç bir qanun pozuntusuna rast gəlməmişəm. Seçicilərin normal səs verməsi üçün tam şərait yaradılıb. Bu fakt onu göstərir ki, Azərbaycanda ildən-ilə seçki təcrübəsi təkmilləşir, müasir seçki texnologiyalarından səmərəli istifadə olunur”.
Digər müşahidəçi Dilavər Ağayeva da səsvermə prosesinin normal qaydada keçdiyini və heç bir qanun pozuntusuna rast gəlmədiklərini qeyd edib.
Həmin dairənin 12 saylı seçki məntəqəsində isə 1323 seçici qeydiyyatdadır. Bu barədə məlumat verən məntəqə sədri Yusif Qurbanov deyib ki, seçici fəallığı qənaətbəxşdir. Bu məntəqədə səsvermənin gedişini izləyən müxtəlif təşkilatların nümayəndələri Qoşqar Muradov, Telman Məmmədov, Səbuhi Ələkbərov və Ümid Məmmədov bildiriblər ki, seçicilərin öz iradələrini ifadə etməsi üçün bütün imkanlar yaradılıb.
Nərimanov seçiciləri 20 saylı Seçki Dairəsi üzrə də səsvermə prosesində fəal iştirak ediblər. Seçicilər Azərbaycanın gələcək inkişafı naminə Konstitusiyaya təklif edilən əlavə və dəyişiklikləri dəstəklədiklərini vurğulayıblar. 20 saylı Nərimanov ikinci Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində səs verən Şahin Quliyev deyib ki, uğurlu gələcək naminə bu referenduma getmək vacibdir: “Buna görə də mən öz vətəndaşlıq borcumu yerinə yetirərək Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə səs verdim”.
Qeyd edək ki, həmin dairənin 3 saylı məntəqəsində səs verən Nizami Quliyev, 14 saylı məntəqəsində səs verən Sadiq Zakirov, Vüsal Əliyev, 31 saylı məntəqəsində səs verən Nərminə Yunusova, Faiq Məmmədov və Elvin Hüseynov da səsvermənin təşkilindən razılıq ifadə ediblər. Onların fikrincə, seçkilərin tam qanunauyğun şəkildə keçirilməsi onu göstərir ki, ölkəmizdəki seçkilər, səsvermə prosesi beynəlxalq standartlara cavab verir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19

