/ / Vəkilin yönəltməsindən sonra şahidə qarşı zor tətbiq edildi - Taleh Bağırovun məhkəməsində növbəti insident
Vəkilin yönəltməsindən sonra şahidə qarşı zor tətbiq edildi - Taleh Bağırovun məhkəməsində növbəti insident
08.09.2016 [09:58]
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər şahid Şahlar Cəfərovun iclasa çağırılaraq yenidən dindirilməsini istəyiblər. Onlar şahidin dindirilməsinin ötən proses yarımçıq qaldığını deyiblər. Hakim bildirib ki, günün ikinci yarısında Şahlar Cəfərov yenidən məhkəməyə dəvət ediləcək.
Daha sonra iclasda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Üzeyir Salahov ifadə verib. O bildirib ki, Taleh Bağırovla bağlı idarəyə daxil olmuş məlumat əsasında Nardaranda əməliyyat keçiriblər. Şahidin sözlərinə görə, əməliyyat zamanı evdən onlara atəş açılıb.
Atışma zamanı Fərayil Bünyatovu zərərsizləşdirib: “Onun gülləsi bitmişdi. Mən onu tərksilah edəndə gördüm ki, yaralanıb. Biz ona ilkin tibbi yardım göstərdik və xəstəxanaya göndərdik”.
Zərər çəkmiş şəxs qismində tanınan əməliyyat müvəkkili Ü.Salahov ibtidai istintaq zamanı ifadəsində göstərib ki, Baş İdarəyə Nardaran qəsəbəsində yaşayan, “Müsəlman Birliyi Hərəkatının” sədri, əvvəllər məhkum olunmuş Bağırov Taleh Kamil oğlunun dövlət hakimiyyətini zorla ələ keçirmək, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, respublikada ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları törətmək məqsədi ilə digər şəxslərlə əlbir olaraq “Müsəlman Birliyi Hərəkatı”nın rəhbəri kimi din pərdəsi altında fəaliyyət göstərən, qanunvericilikdə nəzərdə tutulmayan silahlı dəstə yaratması və bu məqsədlə odlu silahlar, döyüş sursatları, habelə partlayıcı maddələr əldə etməsi və saxlaması barədə məlumat daxil olub. Bundan sonra əməliyyat qrupu yaradılıb və həmin evdə əməliyyat keçirilib. O, əməkdaşlarla birgə həyətə daxil olan zaman həyətdə və həyətdəki evdə olan şəxslərin polis əməkdaşlarının həyətə daxil olmasından xəbər tutaraq əməliyyat qrupu üzvlərinə atəş açmamaları barədə bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq, onlar polislər olan tərəfə əl qumbarası atıblar. Eyni zamanda avtomat və tapançalardan qrup üzvləri atəşə tutulub. Bu zaman polis əməkdaşları Vüqar Nəsibov və İsmayıl Tağıyev öndə olduqlarından partlayan qumbaranın qəlpələri və açılmış atəşlər ilə yaralanıblar. Həyətə daxil olarkən görüb ki, həyətdə, sağ tərəfdə və sol tərəfdə yerləşən evdə əllərində qumbara, bıçaq, xəncər, nunçaqi, odlu silahlar və s. olan şəxslər var. Əməliyyat zamanı o, polislərə tapançadan bir neçə dəfə atəş açan şəxsi zərərsizləşdirərək tapançanı əlindən alıb. Həmin şəxsin kimliyi müəyyənləşdirilən zaman onun Fərayıl Bünyatov olması məlum olub. Baxış zamanı F.Bünyatovun silahlı müqavimət göstərərkən döş qəfəsi və qarın nahiyələrində xəsarətlərin olması aşkar edilib. 26 noyabr 2015-ci il tarixdə Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı hər hansı bir xəsarət almayıb.
Prokurorun suallarını cavablandıran şahid bildirib ki, Taleh Bağırovun olduğu evin həyətində barrikada qurulduğunu, kimlərinsə orda gizləndiyini görüb, onlara atəş açıldığını deyib.
Ü.Salahov da atəş gələn tərəfə atəş açdığını vurğulayıb.
Bildirib ki, oraya kimisə öldürmək məqsədi ilə getməyiblər.
Daha sonra ondan zərər çəkib-çəkməməsini soruşublar. Şahid mənəvi zərər çəkdiyini deyib.
Təqsirləndirilən şəxslər isə F.Bünyatovun maşında polislər tərəfindən döyülərək öldürüldüyünü iddia ediblər.
Daha sonra BMCMİ-nin əməkdaşı Şahlar Cəfərov prosesdə sualları cavablandırıb.
Şahidin dindirilməsi başa çatdıqdan sonra təqsirləndirilən şəxslərdən bir neçəsi ayaqqabılarını çıxararaq şahidə atıblar. Məhkəmə nəzarətçiləri onların qarşısını alıb.
Hakim nəzarətçilərdən həmin hərəkətin aktlaşdırılmasını tələb edib.
Proses sentyabrın 8-də davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55

