Milli Qəhrəman “topçu İsgəndər”in yubileyi Gədəbəydə təntənə ilə qeyd olunub
17.08.2016 [16:05]
Avqustun 16-da Müdafiə Nazirliyi, Şəmkir Ordu Birliyi və Gədəbəy rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun anadan olmasının 60 illik yubileyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları və əsgərlər əvvəlcə vaxtilə İsgəndər Aznaurovun komandir müavini olduğu hərbi hissənin qarşısında ucaldılan büstü önünə əklil qoyaraq, şəhidin xatirəsini hörmət və ehtiramla anıblar.
Təntənəli mərasimi açan Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Azərbaycanın Milli Qəhrəmanı, şəhid İsgəndər Aznaurovun həyat və döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Qeyd olunub ki, İsgəndər Aznaurov axıska türklərindəndir. Onun ata-babaları vaxtilə indiki Gürcüstan ərazisindən Orta Asiyaya sürgün olunub. İsgəndər Aznaurov 1956-cı il avqustun 16-da Özbəkistanın Buxara vilayətində anadan olub. Lakin 1980-ci illərdə Fərqanə vadisində baş verən hadisələrdən sonra digər axıska türklərinin ailələri kimi İsgəndər Aznaurovun da ailəsi Azərbaycana pənah gətirərək, Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşıblar. 1992-ci ilin baharında isə İsgəndər Aznaurov Azərbaycan Milli Ordusu sıralarına zabit kimi daxil olaraq qısa müddətdə “topçu İsgəndər” kimi tanınıb. Çox keçmədən İsgəndər Aznaurov Gədəbəy rayonunda Başkəndin erməni quldurlarından azad olunmasında, Mutu dərədə, Şınıxda, Ər dağı və Ləzgi daşında, eləcə də rayonun digər strateji əhəmiyyətli ərazilərində xeyli düşmən texnikasını və canlı qüvvəsini məhv edərək böyük qəhrəmanlıqlar göstərib. Hətta ermənilər bu şücaətlərinə görə onun başına yüksək məbləğdə vəsait də vəd ediblər.
İsgəndər Aznaurov 1993-cü ilin yazında qəhrəmanlıqla şəhid olub, iki il sonra - 1995-ci ilin yanvarında isə Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Hazırda Şəmkirin Kür qəsəbəsində orta məktəb və qəsəbə onun adını daşıyır. Xidmət etdiyi hərbi hissədə xatirəsinə abidə ucaldılıb, Gədəbəyin Şınıx kəndində isə Mormor yüksəkliyi onun şərəfinə “İsgəndər qalası” adlandırılıb.
Tədbirdə general-mayor Gəray Bağırov çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsindəki fəaliyyətindən və Azərbaycan əsgərinin bu gün qarşıya qoyulan istənilən döyüş tapşırığını hər an yerinə yetirməyə hazır olmasından bəhs edib.
Mərasimdə Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov çıxış edərək Gədəbəyin qəhrəman müdafiəçilərini xatırlayıb, onların şərəfli döyüş yollarından danışıb.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun atası İzzət Rüstəmov, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı və Milli Qəhrəmanın döyüş yoldaşları çıxış ediblər.
Sonra İsgəndər Aznaurovun ailə üzvlərinin tədbir iştirakçılarına ünvanladıqları məktub oxunub. Şəhidin ailə üzvləri Prezident, Ali Baş Komandan İlham Əliyevə, Müdafiə Nazirliyinə, eləcə də gədəbəylilərə İsgəndər Aznaurovun əziz xatirəsini daim uca tutduqları üçün və onun 60 illik yubileyini təntənə ilə qeyd etdiklərinə görə hörmət və ehtiramlarını ifadə ediblər.
Tədbirdən sonra hərbçilər və qonaqlar “İsgəndər qalası”na qalxaraq, oradakı əsgərlərlə görüşüblər.
Sonda bir qrup hərbi qulluqçu mükafatlandırılıb, əsgərlərə gədəbəylilər adından sovqat paylanılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

