Şəhidlərimizin adları qalmaqallarda hallandırılmasın
13.08.2016 [10:17]
Şəhidlik uca zirvədir. Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçənlər xalqın yaddaşında əbədi yaşayır və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində bir nümunə kimi göstərilirlər. Hər bir xalq mövcudluğuna görə ilk növbədə şəhidlərinə, qəhrəmanlarına borcludur. Şəhidlərə hörmət və ehtiram, şəhid ailələrinə isə diqqət və qayğı ölkə rəhbərliyinin fəaliyyətində həmişə prioritet olub, bu gün də bu istiqamətdə dövlət siyasəti uğurla davam etdirilir.
Son vaxtlar kütləvi informasiya vasitələrində bir neçə şəhid ailəsinin hər hansı bir probleminin qabardılaraq guya şəhidlərə hörmətsizlik, şəhid ailələrinə isə biganəlik, diqqətsizlik kimi ictimailəşdirilməsi şəhid qardaşı, Qarabağ müharibəsinin əlili, ehtiyatda olan polkovnik, həmçinin Qarabağ müharibəsinin əlil, veteran və şəhid ailələrini özündə birləşdirən böyük bir ictimai birliyin rəhbəri kimi məni çox narahat edir. Əvvəla, bütün bu məsələlər yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə, Silahlı Qüvvələr şəxsi heyətinin döyüş ruhuna, mənəvi-psixoloji hazırlığına çox mənfi təsir göstərir. “Şəhidlərə hörmətsizlik, şəhid ailələrinə biganəlik kimi” təqdim edilən bu kimi materiallar çox vaxt da reallıqdan uzaqdır. Hər hansı bir məmurun səhlənkarlığı ucbatından bir arayış şəhidin ailəsinə gec çatırsa, bunu ümumiləşdirib şəhid ailəsinə hörmətsizlik kimi göstərmək və yaxud da hər hansı bir şəhid ailəsinin qaldırdığı problemin hüquqi əsası olub-olmadığını dəqiqləşdirmədən onu ictimailəşdirmək çaşqınlıq yaradır.
İctimai təşkilat olaraq biz bir çox nazirliklərlə əlaqəli işləyirik. Yaxşı bilirik ki, şəhid ailələri Müdafiə Nazirliyi rəhbərliyinin həmişə diqqət mərkəzindədir. Nazirliyin müvafiq idarələri bu işlə ciddi məşğul olurlar, şəhidlərin dəfn mərasimləri bütün əsgəri və dini ənənələrə uyğun olaraq yüksək səviyyədə təşkil olunur. Nazirliyin rəsmiləri mərasimlərdə yaxından iştirak edib şəhid ailələrinə dayaq olurlar.
Şəhid pilotların və polkovnik Murad Mirzəyevin dəfn mərasimi zamanı Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzindən ta ikinci Şəhidlər Xiyabanınadək piyada irəliləyən böyük izdihamın qarşısında Müdafiə Nazirliyinin rəhbərliyi getmirdimi?! Yaxud ən ucqar kəndlərdə belə şəhidlər son mənzilə yola salınarkən Müdafiə Nazirliyinin yüksəkrütbəli zabitləri orada deyildilərmi? Ümumiyyətlə, mən başa düşmürəm ki, bəzi şəhid ailələri kiminsə mərasimə gəlib-gəlməməsini müzakirə obyektinə çevirirlər. Bu heç bizim mentalitetimizə də uyğun deyil. Aprel döyüşlərindən sonra bütün dünya gördü ki, Azərbaycan dövləti və xalqı öz şəhidini necə böyük izdihamla, hörmət və ehtiramla son mənzilə yola salır.
Onu da xatırlatmaq istəyirəm ki, müdafiə nazirinin müvafiq əmri ilə bu ilin əvvəlində Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsində “Sosial müdafiə və şəhid ailələri ilə iş bölməsi”nin yaradılması məhz Müdafiə Nazirliyi rəhbərliyinin bu işə necə önəm verdiyinin təsdiqidir. Artıq bir neçə aydır ki, biz Müdafiə Nazirliyi ilə birlikdə şəhid ailələrinin problemlərinin öyrənilməsi və onların aradan qaldırılması məqsədilə “Şəhid ailəsi, Sən necə yaşayırsan?” devizi altında aksiya keçiririk. Mən bu işin nə kimi fayda verdiyini açıqlamaq istəmirəm. Ancaq şəhid ailələri yaxşı bilirlər ki, onların bir çox problemləri məhz bu aksiya nəticəsində öz müsbət həllini tapmışdır.
Bəzi şəhid ailələri Müdafiə Nazirliyini suçlayırlar ki, onların övladları layiq olduqları fəxri ad, orden və medallarla təltif edilməyiblər. Bu məsələni də bir çox jurnalistlər az qala Müdafiə Nazirliyinə qarşı ittiham kimi tirajlayırlar. Ancaq hər kəs birmənalı olaraq bilməlidir ki, döyüşçünün göstərdiyi şücaəti xidmət etdiyi hərbi hissənin komandanlığı kimi heç kim qiymətləndirə bilməz. Odur ki, hər bir hərbi qulluqçunun döyüş zamanı göstərdiyi xidmətlər komandanlıq tərəfindən ciddi araşdırılır və layiq olduğu mükafata təqdim edilir. Doğrudur, hər bir şəhid bizim üçün və şəhidin ailəsi üçün, həqiqətən, qəhrəmandır. O, canını Vətən uğrunda qurban verib. Ancaq bu, o demək deyildir ki, hər bir şəhid ailəsinin istəyi ilə, toplanmış imzalarla şəhid ölümündən sonra bu və ya digər dövlət təltifi ilə mükafatlandırılsın.
Bir də onu demək istəyirəm ki, şəhid ailələrinin ağrılı, acılı günlərində onların emosiyaları ilə oynanılmasın. Şəhidlərimizin adları qalmaqallarda hallandırılmasın. Şəhidlər öz müqəddəs şəhadətləri ilə ən uca məqama yüksəlmiş, həm ailələrinə, həm xalqımıza, həm dövlətimizə, həm də ordumuza başucalığı gətirmişlər. Bu gün hər birimiz bir məqsəd, bir amal naminə birləşməliyik: Şəhidlərin qisasını almaq, Azərbaycanımızın ərazi bütövlüyünü təmin etmək.
Mehdi MEHDİYEV,
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid
Ailələri İctimai Birliyinin sədri,
ehtiyatda olan polkovnik
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:43
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59

