Ağdamda eramızdan əvvəl VI-IV əsrlərə aid saxsı qablar aşkar edilib
04.08.2016 [09:49]
Ağdam rayonunun Ergi ərazisində eramızdan əvvəl VI-IV əsrlərə aid saxsı qablar - cam, kasa və dolça aşkar edilib. Maddi mədəniyyət nümunələrini Mərzili kəndindən məcburi köçkün İlqar Məmmədov təsərrüfat işləri apararkən tapıb.
Əşyalara baxış keçirən Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Təvəkkül Əliyev AZƏRTAC-a bildirib ki, Ergi ərazisində aparılan arxeoloji qazıntılar zamanı hələ 30 il əvvəl bir sıra maddi mədəniyyət nümunələri aşkar olunmuşdu. Lakin son 10 illiklərdə bu ərazilərdə tədqiqat işləri aparılmayıb. Bununla bərabər ərazidə təsərrüfat işləri zamanı çoxlu maddi mədəniyyət nümunələri tapılır. Bu nümunələr yerli sakinlərdə saxlanılır.
Qarabağ bölgəsində çalışan arxeoloqlar Ergi ərazisində ayrı-ayrı evlərdə saxlanılan əşyalarla tanış olublar. Bu əşyaların arasında Əhəməni dövrünə aid cam, kasa və dolça tipli qablar xüsusi əhəmiyyət kəsb edir. Çünki eramızdan əvvəl VI-IV əsrlərə aid belə qablara bu bölgədə çox nadir hallarda rast gəlinir.
Aşkar edilən əşyalar Ağdam Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib. Muzeyin direktoru Ülvi Qədirov bildirib ki, 1962-ci ildə yaradılmış və 2500-dən artıq eksponatın sərgiləndiyi Ağdam Tarix-Diyarşünaslıq Muzeyi Ağdam şəhərinin 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı talan edilib. 2001-ci ildə yerli əhalinin köməyi ilə rayonun işğal edilməmiş ərazilərindən toplanan, bərpa edilən, həmçinin arxeoloji tədqiqatlar nəticəsində tapılan maddi mədəniyyət nümunələrinin hesabına muzey yenidən fəaliyyətə başlayıb. Hazırda Qaradağlı kənd Mədəniyyət Evinin binasında fəaliyyət göstərən muzeydə 1000-dən artıq eksponat sərgilənir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44

