/ / Qobustanda “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib
Qobustanda “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib
27.07.2016 [10:00]
Qobustanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın multikulturalizm siyasətinin daha dərindən mənimsənilməsi, milli mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqi, eləcə də bu sahələrdə qarşıda duran vəzifələrin müzakirə edildiyi konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qobustan rayon İcra Hakimiyyətinin rəhbərliyi, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, dini icma sədrləri, ilahiyyatçılar, həmçinin ictimaiyyət fəalları iştirak ediblər.
Əvvəlcə Heydər Əliyev adına parkda Ümummilli liderin abidəsi ziyarət olunub.
Gənclər Mərkəzində keçirilən konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən, dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.
Tədbiri açan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov respublikamızda tarixən müxtəlif millətlərin nümayəndələrinin birgə yaşayıb, bir-birinin dilinə, dininə, adət-ənənələrinə hörmətlə yanaşdıqlarını vurğulayıb.
Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı diqqəti “Fitnə” sənədli filmində nümayiş etdirilən faciəli səhnələrə cəlb edərək bildirib ki, aldadılaraq Suriyaya aparılan və orada həlak olan gəncin atasının keçirdiyi hisslər, terrorçuların təsiri altına düşən və həbsxanada yatan gənclərimizin peşmançılığı bu gün dini radikalizmin, İslam dinindən öz siyasi məqsədləri üçün istifadə edən qüvvələrin törətdikləri fitnə-fəsadlara qarşı hamılıqla mübarizənin zəruriliyini ortaya qoyur.
Mübariz Qurbanlı “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun tələblərindən irəli gələn məsələlər, dini radikalizm və onun fəsadlarından söhbət açıb. Komitə sədri din pərdəsi altında aparılan münaqişələrdən danışaraq bildirib ki, dünyada aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir. İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla, onun gözdən salınmasına yönələn siyasət həyata keçirilir. Belə bir şəraitdə dünyada sülhün təminatında dini təhlükəsizlik problemi getdikcə artmaqdadır. O qeyd edib ki, dünyanın bu böhranlı dövründə Azərbaycanda qlobal təhlükəsizlik məsələləri müzakirə olunur, tolerantlıq təbliğ edilir. Azərbaycan bu gün dünyada təkcə enerji təhlükəsizliyində deyil, eyni zamanda, qlobal təhlükəsizlik məsələlərində də töhfə verən ölkəyə çevrilib.
Vurğulanıb ki, Azərbaycanda dövlət-din münasibətlərinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün isə həmin münasibətlər bütün hüquqi dövlətlərdə olduğu kimi, Azərbaycanda da qanunlarla tənzimlənir. Ölkədə ali hüquqi qüvvəyə malik Azərbaycan Respublikasının Konstitusiyası fəaliyyət göstərir. Konstitusiyada beynəlxalq hüququn hamılıqla tanındığı norma və prinsiplər əksini tapmaqla yanaşı, bütün növ fundamental insan, vətəndaş hüquq və azadlıqları təsbit edilib. Bu gün Azərbaycanda bütün dinlərin qanunvericiliyə uyğun azad və sərbəst fəaliyyətinə icazə verilir.
Konfransda mövcud təhlükələrin ölkəyə yol tapmaması üçün valideynlərin ailədə, ziyalıların cəmiyyətdə təbliğat aparmalarının zəruriliyi vurğulanıb. Bu barədə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Mirəhməd Mustafayev gənc nəslin dini baxımdan daha da bilikli olması üçün məktəblərdə, müxtəlif təhsil müəssisələrində seminarların, təlimlərin təşkil olunmasının əhəmiyyətini qeyd edib.
Sonda iştirakçıları maraqlandırılan suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

