/ / “Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda müsabiqənin nəticələri elan edilib
“Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda müsabiqənin nəticələri elan edilib
27.07.2016 [09:58]
İyulun 26-da Vergilər Nazirliyində Azərbaycan Mətbuat Şurasının və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda fərdi yazı müsabiqəsinin nəticələrinin elan olunması və qaliblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib. Bu barədə AZƏRTAC-a nazirliyin analitik-informasiya şöbəsindən məlumat verilib.
Tədbiri giriş sözü ilə açan vergilər nazirinin müavini, 3-cü dərəcəli vergi xidməti müşaviri Sahib Ələkbərov Ulu öndər Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafındakı əvəzolunmaz xidmətlərindən danışıb və Prezident İlham Əliyev tərəfindən bu sahəyə diqqətin gündən-günə artırıldığını söyləyib. Bildirilib ki, bu gün Azərbaycanda müstəqil, eyni zamanda, dövlətçilik prinsiplərinə cavab verən və milli maraqları qoruyan, obyektiv informasiya daşıyan KİV sistemi formalaşıb. Vergilər Nazirliyinin mətbuata daim açıq olan bir dövlət qurumu olduğunu vurğulayan S.Ələkbərov nazirliyin KİV nümayəndələri ilə sıx əməkdaşlıq edildiyini, görülmüş işlər, əldə edilmiş uğurlar barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırıldığını diqqətə çatdırıb.
Müstəqil Azərbaycanın vergi sisteminin və vətəndaşlarda vergi mədəniyyətinin formalaşmasında kütləvi informasiya vasitələrinin müstəsna rol oynadığını vurğulayan nazir müavini büdcə gəlirlərinin artırılması üçün vergi təbliğatının gücləndirilməsi, vergilərin hara və niyə xərclənməsi barədə həmin vergiləri ödəyənlərin daha ətraflı məlumatlandırılması, bu sahədə şəffaflığın təmin edilməsi üçün hələ çox işlər görülməli olduğunu qeyd edib.
Müsabiqənin məqsədinin Azərbaycanın müasir vergi sistemi ilə bağlı məlumatların cəmiyyətə çatdırılmasında vətəndaş və jurnalist yaradıcılığını stimullaşdırmaqdan ibarət olduğunu bildirən S.Ələkbərov müsabiqəyə yeni iqtisadi inkişaf modelinin formalaşmasında vergi siyasətinin rolu, vergi islahatları, vergi təbliğatı, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi sisteminin və sahibkarlıq subyektlərinin fəaliyyətinin şəffaflaşdırılması və s. mövzuları əhatə edən 62 yazı təqdim olunduğunu bildirib. Müsabiqəyə qəbul olunmuş materiallar Vergilər Nazirliyi və Mətbuat Şurasının müəyyən etdiyi xüsusi komissiya tərəfindən qiymətləndirilib. Yazıların qiymətləndirilməsi zamanı materialların mövzusu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsi, faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti, ifadə vasitələrinin zənginliyi, oxucu üçün informasiyalılıq dərəcəsi və digər parametrlər əsas götürülüb.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək milli mətbuatımızın keçdiyi çətin və şərəfli tarixi yola nəzər salıb, xalqımızın həyatında medianın xüsusi rol oynadığını diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan dövləti mətbuatın inkişafına daim diqqət və qayğı göstərir. Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə Prezident İlham Əliyev tərəfindən birdəfəlik maliyyə yardımının göstərilməsi və jurnalistlərin maddi rifah halının yaxşılaşdırılması ilə bağlı müvafiq sərəncamların imzalanması bunun bariz nümunəsidir. Vergilər Nazirliyi ilə birgə keçirilən yazı müsabiqəsinə jurnalistlərin böyük maraq göstərdiyini, təqdim edilən yazıların geniş spektrli olduğunu diqqətə çatdıran Ə.Amaşov buna səbəb kimi nazirlik tərəfindən media ilə münasibətlərin yüksək səviyyədə qurulmasını göstərib və gələcəkdə də əməkdaşlığın davam etdiriləcəyinə əmin olduğunu bildirib.
Mətbuat Şurası sədrinin müavinləri - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Şuranın İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları vergi orqanları ilə medianın birgə əməkdaşlığının hüquqi, demokratik dövlət quruculuğu baxımından önəmini vurğulayıblar.
Sonra qaliblərin adları açıqlanıb, onlara diplomlar və qiymətli hədiyyələr təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

