Vüsal Quliyev: Azərbaycanda çox fəal könüllülər ordusu formalaşır
26.07.2016 [09:49]
ASAN Könüllüləri Təşkilatının təşəbbüsü, Dövlət Sərhəd Xidmətinin, Mədəniyyət və Turizm Nazirliyinin, “Regional İnkişaf” İctimai Birliyinin, Azərbaycan Avtomobil Federasiyasının, BMT-nin Əhali Fondunun təşkilati dəstəyi ilə İsmayıllıda həyata keçirilən ASAN Könüllülərinin yay məktəbi - “Həmrəylik düşərgəsi”nin növbəti qonağı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonağa düşərgə barədə məlumat verilib, könüllülərin Lahıc qəsəbəsində həyata keçirdikləri işlər təqdim olunub. V.Quliyev düşərgənin iştirakçısı olan ASAN könüllüləri ilə söhbət edib, onlarla fikir mübadiləsi aparıb.
Prezident Administrasiyasının sektor müdiri çıxışında Azərbaycanda könüllülük hərəkatının inkişaf tarixinə nəzər salaraq, ASAN könüllülərinin timsalında gənclərin bu sahəyə marağının getdikcə artdığını diqqətə çatdırıb. Bildirib ki, bu gün ölkəmizdə könüllülük fəaliyyətini tənzimləyən qanunvericilik bazası, habelə könüllülərin təcrübə toplaması üçün kifayət qədər idarə və təşkilat mövcuddur. Şübhəsiz ki, “ASAN xidmət” mərkəzləri könüllülər üçün ən yaxşı təcrübə məkanıdır. O, könüllülük fəaliyyətinin gəncləri faydalı əməyə, insansevərliyə alışdırdığını qeyd edib, onların vətənpərvər, milli köklərə bağlı, müasir dünyagörüşlü, şəxsi keyfiyyətləri yüksək olan vətəndaş kimi formalaşmasında böyük rol oynadığını vurğulayıb.
V.Quliyev görüşdə Azərbaycanda həyata keçirilən gənclər siyasətinə də toxunub. O, gənclər üçün yaradılan imkanlardan, onların təşəbbüslərini dəstəkləyən Gənclər Fondunun fəaliyyətindən, regionlarda inşa edilən Gənclər evlərindən, ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının uğurlarından, Azərbaycanın beynəlxalq gənclər hərəkatında fəal təmsilçiliyindən geniş söhbət açıb. Gənclər siyasətinin əsas subyekti kimi könüllüləri xüsusi qeyd edən V.Quliyev deyib: “Bu gün könüllülər nəinki gənclər təşkilatlarının əsas tərkib hissəsini təşkil edir, eyni zamanda, ölkəmizdə keçirilən dünya və qitə miqyaslı beynəlxalq tədbirlərin təşkilinə yaxından cəlb olunurlar. Bütün bunlar bizə deməyə əsas verir ki, Azərbaycanda çox fəal könüllülər ordusu formalaşır”.
Qonaq görüşün sonunda könüllülərə uğurlar arzulayıb, Azərbaycan dövlətinin onlar üçün yaratdığı imkanlardan səmərəli istifadə etməyi, yaxşı təhsil almağı, vətəndaş cəmiyyətinin inkişafında fəal rol oynamağı, dövlətçilik maraqlarına hər zaman sadiq qalmağı tövsiyə edib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39

