/ / Gəncədə yerli icra hakimiyyəti orqanları ilə KİV-lər arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Gəncədə yerli icra hakimiyyəti orqanları ilə KİV-lər arasında əməkdaşlıq məsələləri müzakirə olunub
16.07.2016 [09:39]
İyulun 15-də Gəncədə “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda regional konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül-çiçək dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzində keçirilən konfransı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq tədbirin 22 İyul - Milli Mətbuat Günü ərəfəsində təşkil olunduğunu söyləyib. O, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini qeyd edib. Bildirilib ki, ölkədə yürüdülən məqsədyönlü daxili və xarici siyasət nəticəsində Azərbaycan Respublikası sürətlə inkişaf edir və beynəlxalq aləmdə özünə layiqli yer tutub.
Elmar Vəliyev Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin ilk illərindən başlayaraq ölkədə kütləvi informasiya vasitələrinin inkişafı, söz, mətbuat azadlığının təmin olunması, qanunvericilik bazasının formalaşdırılması istiqamətində gördüyü mühüm işlərdən, aparılan islahatlardan danışıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin mətbuat işçilərinə göstərdiyi hərtərəfli diqqət və qayğıdan Gəncədə fəaliyyət göstərən media nümayəndələri də faydalanırlar. Son vaxtlarda tikilib istifadəyə verilən müasir mətbuat evi də şəhərdə kütləvi informasiya vasitələri nümayəndələrinə göstərilən diqqətin nəticəsidir. Hazırda Gəncə şəhərində “Novosti Qyandja” və “Gəncənin səsi” qəzetləri nəşr olunur, mərkəzi qəzetlərin, televiziya və radio kanallarının, informasiya agentliklərinin müxbir məntəqələri fəaliyyət göstərir.
İcra hakimiyyətinin başçısı konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycanın böyük və qədim şəhərlərindən olan Gəncənin UNESCO tərəfindən Dünya Kitab Paytaxtı elan edilməsi gözlənilir.
Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev aktual mövzuya həsr edilmiş belə bir tədbirin Nizami yurdu Gəncədə keçirilməsinin önəmini vurğulayıb. Bildirib ki, konfransda müzakirə olunan mövzu Azərbaycan cəmiyyəti üçün böyük əhəmiyyət kəsb edir. Çünki bir tərəfdə dövlət siyasətini həyata keçirən yerli icra hakimiyyəti orqanları, digər tərəfdə ictimai rəyin formalaşdırılmasını təmin edən vasitə kimi media ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Vüqar Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin medianın inkişafına, jurnalistlərə diqqət və qayğısından söhbət açıb. Diqqətə çatdırılıb ki, hər il Azərbaycanda milli mətbuatın ildönümü ərəfəsində ölkədə azad mətbuatın inkişafında göstərdikləri xidmətlərinə görə çoxlu sayda media nümayəndəsi dövlət tərəfindən müxtəlif fəxri adlara layiq görülür, onların sosial rifahı və mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.
Prezident Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycanda azad medianın və bu sahədə qanunvericilik bazasının yaradılması, həmçinin bir sıra təşkilati işlərin həyata keçirilməsi Ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri olub. Azərbaycan mətbuatının keçdiyi zəngin inkişaf yoluna nəzər salan Vüqar Əliyev qeyd edib ki, ölkədə demokratik cəmiyyətin formalaşdırılmasında görülən işlərin mühüm istiqamətlərindən birini də söz və mətbuat, ifadə azadlığı, müstəqil media, həmçinin jurnalistlər üçün sərbəst fəaliyyət sferasının formalaşdırılması təşkil edir. Məhz ölkədə müstəqil mətbuatın mövcud olması üçün Ümummilli lider Heydər Əliyev tərəfindən 1993-2003-cü illərdə bir sıra mühüm addımlar atılıb, senzura ləğv edilib, liberal qanunvericilik formalaşdırılıb.
Diqqətə çatdırılıb ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasında söz və mətbuat azadlığının təsbit edilməsi, 1998-ci ildə mətbuat üzərindən senzuranın ləğv olunması, 1999-cu ildə kütləvi informasiya vasitələri haqqında qanunun qəbulu, 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi Azərbaycan mətbuatının tarixinə ən parlaq səhifələr kimi daxil olub. Bu gün Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev medianın inkişafına böyük diqqət göstərir. Bunun sayəsində Azərbaycanda müstəqil, plüralist, dövrün yenilikləri ilə ayaqlaşan, ölkənin milli maraqlarına xidmət edən media inkişaf edir.
Vüqar Əliyev bildirib ki, qloballaşan dünyada Azərbaycanın ümumi maraqlarına xidmət göstərən milli informasiya məkanının yaradılması və yad təsirlərdən qorunması istər dövlətin, istərsə də peşəkar media nümayəndələrinin üzərinə böyük məsuliyyət qoyur.
Konfransda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli çıxış edərək bildirib ki, Fond bilavasitə yerli icra hakimiyyəti orqanları ilə KİV-lər arasında əlaqələrin genişləndirilməsi istiqamətində bir çox işlər görür. Son bir ildə KİVDF tərəfindən paytaxt və bölgələrdə 11 tədbir keçirilib. Bununla bərabər müxtəlif nazirliklər və yerli icra hakimiyyətləri ilə birgə müsabiqələr elan edilib. Növbəti müsabiqə isə Gəncə şəhər İcra Hakimiyyəti ilə KİVDF arasında əməkdaşlıq nəticəsində mümkün olub.
Sonra Vüqar Səfərli “Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda elan olunan müsabiqənin nəticələri haqqında məlumat verilib. Qeyd olunub ki, müsabiqəyə 44 jurnalist məqalə təqdim edib. Həmin məqalələrdə son illərdə Gəncə şəhərində həyata keçirilən quruculuq, abadlıq işləri, həmçinin perspektivdə görüləcək işlər əks olunub. Müsabiqənin şərtlərinə görə 6 əsas, 10 həvəsləndirici mükafat nəzərdə tutulsa da, təqdim olunan yazılar ekspertlər tərəfindən qiymətləndirildikdən sonra məqalələrin əhatəliliyi nəzərə alınaraq, həvəsləndirici mükafat alanların sayı daha 6 nəfər artırılıb.
Daha sonra Vüqar Səfərli media və icra hakimiyyəti orqanları arasında əməkdaşlığın inkişafında fəal roluna görə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə KİVDF-nin diplomunu təqdim edib.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxışında Azərbaycan mətbuatının keçdiyi inkişaf yolundan danışıb. O deyib ki, hər bir xalqın inkişafında mətbuatın mühüm rolu var. Azərbaycan xalqının inkişafında da “Əkinçi” qəzeti mühüm rol oynayıb. Bir neçə gündən sonra ölkəmizdə bu qəzetin yarandığı gün - Milli Mətbuat Günü qeyd ediləcək.
Mətbuat Şurasının sədri Gəncədə son illərdə dinamik inkişafın mətbuatda geniş əks olunduğunu diqqətə çatdırıb. Əflatun Amaşov cəmiyyətin həyatında medianın oynadığı rol barədə də iştirakçıları məlumatlandırıb.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.
Sonda müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

