Sərhəd zastavasının bazasında məktəblilərin “Sərhədçi” yay düşərgəsi təşkil olunub
15.07.2016 [09:55]
Dövlət Sərhəd Xidməti (DSX) gənclərin Vətənə məhəbbət, onun sərhədlərinə hörmət ruhunda tərbiyə olunması, sərhədçi peşəsinə marağın daha da artırılması məqsədi ilə müxtəlif məqsədyönlü tədbirlər həyata keçirir. Özünəməxsus xüsusiyyətləri ilə seçilən, keçirilmə qaydaları və metodları ilə fərqlənən “Sərhəd” hərbi-idman oyunları, məktəbli gənclər arasında ölkəmizin sərhəd mühafizəsinə həsr olunmuş inşa yazı və bədii yaradıcılıq müsabiqələri, Dövlət Sərhəd Xidmətinin müxtəlif hərbi hissə və bölmələrinə ekskursiyalar zamanı gənclərə sərhədlərimizin mühafizəsi işinin təşkili, sərhədçi peşəsinin xüsusiyyətləri barədə ətraflı məlumatlar verilir. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, Dövlət Sərhəd Xidmətinin Akademiyasında, Xüsusi Məktəbində təhsil almaq və Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətə qəbul olunmaq istəyənlərin sayı ildən-ilə artır.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sərhədlərimizin mühafizə olunmasının əhəmiyyətinin daha dərindən dərk edilməsi, məktəbli gənclərin Vətən sərhədlərinə və sərhədçi peşəsinə hörmət ruhunda tərbiyə olunması məqsədi ilə Dövlət Sərhəd Xidmətində yeni layihənin həyata keçirilməsinə başlanılıb. Belə ki, Bakı şəhərinin Nəsimi rayonundakı orta məktəblərin 7-10-cu sinif şagirdləri üçün Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasının bazasında “Sərhədçi” yay düşərgəsi təşkil olunub.
İyulun 13-də məktəblilər Ümummilli lider Heydər Əliyevin Nəsimi rayonu ərazisindəki abidəsi önünə tər çiçək dəstələri düzdükdən sonra avtobuslarla Qəbələ rayonunun səfalı guşəsində yaradılmış yay düşərgəsinə yola düşüblər. Həmin gün “Laza” sərhəd zastavasında Dövlət Sərhəd Xidmətinin, Nəsimi rayon İcra Hakimiyyəti nümayəndələrinin, müəllim və şagirdlərin iştirakı ilə “Sərhədçi” yay düşərgəsinin açılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasına, sağlam böyüməsinə göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb. Qeyd edilib ki, sərhəd zastavasının bazasında yay düşərgəsinin təşkil olunmasının əsas məqsədi gələcək əsgərlərin sərhəd zastavasındakı xidmət və məişət şəraiti, silah və texnika ilə yaxından tanış olmasından, onlarda sərhədçi peşəsinə marağın daha da artırılmasına şərait yaradılmasından ibarətdir.
Açılış mərasimində bildirilib ki, məktəblilərin mənalı istirahət etmələri üçün xüsusi tədbirlər planı hazırlanıb. Plana əsasən məktəblilər arasında mini futbol, şahmat, dama və stolüstü tennis yarışları, müxtəlif əyləncəli musiqili tədbirlər keçiriləcək, Azərbaycan filmləri nümayiş etdiriləcək, Qəbələ rayonunun görməli yerlərinə, mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunacaq.
Meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastavasına müşayiət edilməsi mövzusunda məşğələ, pnevmatik silahdan atıcılıq yarışı, “AK-74” və “RPK-74” silahının sökülüb-yığılması, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı məşğələsi və digər tədbirlər şagirdlərin istirahətini daha maraqlı və səmərəli edəcək.
Açılış mərasiminin sonunda hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının və “Sərhədçi” vokal-instrumental ansamblının iştirakı ilə maraqlı konsert proqramı nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

