İtki və tələfatların qiymətləndirilməsi üzrə elektron məlumat bazasının təqdimatı olub
13.07.2016 [09:44]
İyulun 12-də Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupun hazırladığı elektron məlumat bazasının təqdimatı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Mərasimdə çıxış edən işçi qrupun rəhbəri, Milli Məclisin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı bildirib ki, 2014-cü ilin fevralından 2015-ci ilin oktyabrınadək hazırlanmış hesabatda erməni işğalı nəticəsində əhaliyə, dövlətə, ətraf mühitə və təbii sərvətlərə, tarix və mədəniyyət abidələrinə dəymiş zərərlər qiymətləndirilərək elektron məlumat bazasında yerləşdirilib.
Tədbirdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinin bir hissəsini işğal etməsinin nəticələrindən bəhs edən film nümayiş olunub.
Sonra işçi qrupun hazırladığı hesabat təqdim edilib. Hesabatda qeyd edilir ki, 1988-ci ildən başlayaraq Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Nəticədə Azərbaycan ərazisinin beşdə biri işğal edilib, 20 mindən çox insan qətlə yetirilib, 50 mindən çox insan yaralanıb və şikəst olub. Bir milyondan çox insan 25 ildən artıqdır ki, qaçqın və məcburi köçkün şəraitində yaşayaraq adi insan haqlarından məhrum olunub.
İşğal nəticəsində 900-dən çox yaşayış məntəqəsi talan edilib, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilib, ümumi yaşayış sahəsi 9 milyon kvadratmetrdən artıq olan 150 min yaşayış binası, 4366 sosial-mədəni obyekt, eyni zamanda, 695 tibb ocağı dağıdılıb. İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tam sıradan çıxarılıb. Dağıntılar nəticəsində iqtisadiyyata 300 milyard ABŞ dollarından artıq ziyan dəyib.
Hesabatda bildirilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə dağıdılıb. Talan edilən muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanıb. Kəlbəcər Tarix Diyarşünaslıq Muzeyi yerlə- yeksan olunduqdan sonra onun ekspozisiyasına daxil olan nadir qızıl və gümüş zinət əşyaları, ötən əsrlərdə toxunmuş xalçalar Ermənistana daşınıb. Şuşadakı Tarix Muzeyinin, Ağdamdakı Çörək Muzeyinin, Zəngilandakı Daş Abidələr Muzeyinin də taleyi belə olub. Oğurlanmış və məhv edilmiş bu tarixi-mədəni sərvətlərin dəyərini müəyyənləşdirmək, pulla qiymətləndirmək mümkün deyil. Bir sözlə, Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.
Məhz təcavüzkar və militarist siyasət yeritməsi, terrorizmi və separatizmi dövlət səviyyəsində dəstəkləməsi Ermənistanı bu gün bölgədə uğurla həyata keçirilən, buradakı dövlətlərin rifahına və inkişafına yönələn bütün siyasi və iqtisadı layihələrdən kənarda qoyub. Bu isə Ermənistan Respublikası vətəndaşlarının son dərəcə ağır sosial problemlərlə əlaqədar ölkəni kütləvi şəkildə tərk etməsi ilə müşayiət olunur.
Xocalı soyqırımı ilə bağlı aparılmış əməliyyat-istintaq araşdırması zamanı sübut olunub ki, şəhərə hücumda hazırda Ermənistanın müdafiə naziri işləyən Seyran Ohanyanın komandanlığı altında 366-cı alayın 2-ci taboru, həmçinin alayın 1-ci taborunun qərargah rəisi Valeriy Çitçyan və alayda xidmətdə olmuş 50-dən artıq erməni zabit və giziri də iştirak edib. Bu soyqırımı faktı Ermənistanın Azərbaycana təcavüzü zamanı insanlığa qarşı Ermənistan ordusu, erməni terrorçu və silahlı quldur birləşmələri tərəfindən törədilmiş cinayət əməllərinin yalnız bir nümunəsidir.
Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardığı terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter alıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərlə yanaşı, xeyli uzaqda dinc əhalinin yaşadığı məntəqələrdə də terror təşkil edib, nəticədə yüzlərlə günahsız insan həlak olub.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev elektron məlumat bazasının proqram təminatının əhəmiyyəti haqqında məlumat verib. Bildirib ki, proqram təminatlarının sürətli formatda əlavə olunması, qiymətləndirmə, əldə edilmiş hesablama qaydası, daxil olan rəqəmlər əsasında ümumi hesablamaların aparılması və təqdim olunması əsas məsələlərdəndir. Proqramın təhlükəsizliyi yüksək səviyyədə təşkil olunub. Yeni proqram təminatı, vahid məlumat bazası ən yüksək texnologiyalardan istifadə edilməsi ilə səciyyələnir. Eyni zamanda, proqram təminatının sürətli və asan aparılması imkanı da var. O, hesabatın daha da təkmilləşdiriləcəyinə əminliyini bildirib.
Təhsil nazirinin müavini Firudin Qurbanov Ermənistanın işğalçılıq siyasəti nəticəsində təhsil sahəsinə də xeyli ziyan dəydiyini vurğulayaraq onların da hesabatda əks olunmasının önəmini diqqətə çatdırıb.
Tədbirdə Moldova Qiymətləndiricilər Cəmiyyətinin üzvü Dmitri Taraburki, rusiyalı tarixçi Oleq Kuznetsov və digərləri çıxış edərək işçi qrupun hesabatı barədə fikirlərini bildiriblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
31 Avqust 16:12
Gündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23

