Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yaponiyalı musiqiçi: Ölkələrimiz arasında dostluq əlaqələrinin daha da dərinləşməsinə öz töhfəmizi vermək istərdik

Yaponiyalı musiqiçi: Ölkələrimiz arasında dostluq əlaqələrinin daha da dərinləşməsinə öz töhfəmizi vermək istərdik

30.06.2016 [09:54]

Şəkidə keçirilən “İpək yolu” festivalına ilk dəfədir qatılırıq. Bugünkü konsertdə Yaponiyanın vadaiko, şinobue və şamisen kimi ənənəvi musiqi alətlərində ifalar təqdim etdik. Eyni zamanda, konsertdə Yaponiyanın ənənəvi minyo musiqisi də səsləndi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalının iştirakçısı, Yaponiyanın “Va-Liqa” ansamblının prodüseri Takaku Terutaşi deyib.
“Biz çox şadıq ki, “İpək yolu” festivalında Yaponiyanı təmsil edirik. İstərdik ki, bu konsert vasitəsilə iki ölkə arasında dostluq əlaqələrinin daha da dərinləşməsinə öz töhfəmizi verək”, - deyə Takaku Terutaşi qeyd edib.
Şəkinin çox gözəl təbiətə malik olduğunu vurğulayan ansamblın prodüseri şəhərin gözəlliyinin onları valeh etdiyini bildirib.
Onun sözlərinə görə, Azərbaycana səfərləri çərçivəsində İsmayıllıda və Bakı şəhərində də konsertlərlə çıxış edəcəklər.

Paylaş:
Baxılıb: 712 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31