“Unudulmaz məzun - Aida İmanquliyeva” kitabının təqdimatı olub
14.06.2016 [10:33]
İyunun 13-də Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində böyük şərqşünas alim, filologiya elmləri doktoru, elm təşkilatçısı, ictimai xadim, professor Aida xanım İmanquliyevaya həsr olunmuş “Unudulmaz məzun - Aida İmanquliyeva (1947-1957)” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tanınmış alimlərin, ictimaiyyət nümayəndələrinin, müəllim və şagirdlərin iştirak etdikləri tədbirdə Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova məktəbin məzunu, görkəmli şərqşünas alim və pedaqoq, professor Aida xanım İmanquliyevanın şərəfli ömür yolundan, cəmiyyətə, elmə, təhsilə, mədəniyyətə verdiyi əvəzsiz töhfələrdən danışıb.
Professor Aida İmanquliyevanın nəciblik, xeyirxahlıq, saflıq mücəssəməsi olduğunu söyləyən S.Xanlarova alimin əziz xatirəsinin könüllərdə daim yaşayacağını bildirib.
Vurğulanıb ki, Aida xanım qısa, amma çox şərəfli, mənalı həyat yaşayıb. Ziyalı ailəsində dünyaya gələn professor Aida İmanquliyevanın atası - milli jurnalistikamızın patriarxlarından sayılan Nəsir İmanquliyevin Azərbaycan mətbuatının əsaslarının yaradılmasında əvəzsiz rolu olub.
“Unudulmaz məzun - Aida İmanquliyeva (1947-1957)” kitabı barədə danışan direktor qeyd edib ki, bu nəşrdə professor Aida xanım İmanquliyevanın məktəb illəri, geniş və səmərəli elmi, pedaqoji fəaliyyəti, nəsillərə nümunə olan gözəl ailə mühiti və s. barədə məlumatlar, xatirələr verilib.
Rəhbərlik etdiyi təhsil müəssisəsinin tarixindən, inkişaf mərhələlərindən söz açan S.Xanlarova xatırladıb ki, 2010-cu ildə Prezident İlham Əliyevin tapşırığı ilə 132-134 nömrəli Təhsil Kompleksi əsaslı şəkildə yenidən qurulub və müasir avadanlıqla təchiz edilib. Məktəbdə təhsilin inkişafı üçün hər cür şərait yaradılıb. Böyük qürur hissi keçiririk ki, professor Aida xanım İmanquliyeva bu məktəbin məzunudur.
Aida İmanquliyeva 1957-ci ildə 132 nömrəli orta məktəbi (indiki 132-134 nömrəli Təhsil Kompleksi) qızıl medalla, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini fərqlənmə diplomu ilə bitirib. 1966-cı ildə Moskvada namizədlik, 1989-cu ildə Tbilisidə doktorluq dissertasiyası müdafiə edib. Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA) Şərqşünaslıq İnstitutunda müxtəlif vəzifələrdə çalışan alim 1991-ci ildən ömrünün sonunadək bu elm müəssisəsinə rəhbərlik edib.
“Mixail Nüaymə və Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri” monoqrafiyalarının və müxtəlif mövzularda elmi məqalələrin müəllifi olan Aida İmanquliyevanın əsərləri bütün dünyada böyük maraq doğurub.
S.Xanlarova professor Aida İmanquliyevanın pedaqoji, tərcüməçilik sahələrindəki səmərəli fəaliyyətindən də bəhs edib. Bildirilib ki, alimin Bakı Dövlət Universitetində yüksək ixtisaslı ərəbşünas mütəxəssislərin hazırlanmasında mühüm rolu olub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə görkəmli alim Aida İmanquliyevanın elmi nailiyyətlərindən danışıb. Qeyd edilib ki, professor Aida İmanquliyeva Azərbaycanın elm tarixində dərin izlər salıb, şərəfli ad qazanıb. Aida xanım özünün sanballı əsərləri ilə Azərbaycan şərqşünaslıq elminin inkişafına qiymətli səhifələr əlavə edib. O, Azərbaycan şərqşünaslıq elmində yeni elmi istiqamət yaratmağa müvəffəq olub. Azərbaycan elmində ərəb mühacirət ədəbiyyatının tədqiq edilib öyrənilməsi professor Aida İmanquliyevanın adı ilə bağlıdır. Ərəb mühacir ədəbiyyatının əsas istiqamətlərinə və tanınmış şəxsiyyətlərinə həsr edilmiş dəyərli əsərləri ilə Aida İmanquliyeva böyük ənənələri olan Azərbaycan şərqşünaslıq elmini yeni ideyalar, mövzular və ədəbi şəxsiyyətlərlə zənginləşdirib. Onun əsərləri təkcə Azərbaycan ərəbşünaslığında deyil, geniş mənada şərqşünaslıq elmində mühüm elmi hadisədir. Azərbaycanın ilk şərqşünas qadın elmlər doktoru və ilk professoru kimi Aida xanım İmanquliyeva ərəb mühacirət ədəbiyyatında ədəbi cərəyanların, yaradıcılıq üslublarının, ənənə və novatorluq məsələlərinin tədqiq edilib ümumiləşdirilməsi ilə şərqşünaslıq elminin nəzəri səviyyəsinin yüksəldilməsində mühüm rol oynayıb.
Professor Aida xanım İmanquliyevanın bacarıqlı elm təşkilatçısı olduğunu vurğulayan akademik A.Əlizadə bildirib ki, alim Azərbaycan Milli Elmlər Akademiyasının tarixində özünəməxsus xidmətlərə malikdir. Akademiyanın Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi illərdə Aida xanım İmanquliyeva bu sahə üzrə elmi məktəblərin inkişaf etdirilməsinə və yeni elmi nəslin formalaşdırılmasına sanballı töhfələr verib.
Vurğulanıb ki, professor Aida xanım İmanquliyeva Vətənə yüksək intellektual səviyyəli, dərin mənəvi keyfiyyətləri ilə nümunə olan övladlar bəxş edib, şərəfli ANA adını daha da ucaldıb.
AMEA-nın prezidenti təqdim olunan “Unudulmaz məzun - Aida İmanquliyeva (1947-1957)” kitabının əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə görkəmli alim Aida xanım İmanquliyevanın həyat və fəaliyyətindən bəhs edən film göstərilib.
Akademiklər Əhliman Əmiraslanov, Vasim Məmmədəliyev, Teymur Kərimli, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Gövhər Baxşəliyeva və digər alimlər də Azərbaycanda şərqşünaslıq məktəbinin yaranmasında və inkişafında müstəsna rolu olan professor Aida xanım İmanquliyevanın elmi irsi və əsərlərinin əhəmiyyətindən danışıblar.
Professor Aida xanım İmanquliyeva ilə bağlı xatirələrini bölüşən natiqlər onun böyük alim, pedaqoq, gözəl insan, qayğıkeş ANA olduğunu söyləyiblər. Vurğulanıb ki, ulu tanrı Aida xanım İmanquliyevaya böyük istedad, dərin zəka bəxş etmişdi.
Çıxış edən alimlər professor Aida xanım İmanquliyevanın nurlu xatirəsinin həmişə uca tutulacağını, təqdim olunan kitabın tariximiz, cəmiyyətimiz üçün dəyərli töhfə olduğunu bildiriblər.
“Unudulmaz məzun - Aida İmanquliyeva (1947-1957)” kitabının ideya rəhbəri 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Əməkdar Müəllim Sara Xanlarova, müəlliflər “Respublika” qəzetinin müxbiri Gülşən Hüseynova və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri İbrahim Əsədovdur.
Nəşrə yazılan “Ön söz”ün müəllifi AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.
Tədbirdə məktəblilər ədəbi-bədii kompozisiya göstəriblər.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

