/ / “Multikulturalizmin Azərbaycan modeli - dini radikalizmə və ekstremizmə qarşı maarifləndirmə” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
“Multikulturalizmin Azərbaycan modeli - dini radikalizmə və ekstremizmə qarşı maarifləndirmə” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
10.06.2016 [09:59]
Azərbaycan Respublikası Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə “Multikulturalizmin Azərbaycan modeli - dini radikalizmə və ekstremizmə qarşı maarifləndirmə” layihəsi çərçivəsində növbəti tədbirlər keçirilib. Təhsil Nazirliyinin dəstəyi ilə Sabunçu rayonunda yerləşən 198 saylı məktəbdə, eləcə də Zabratdakı 71 saylı və Suraxanı rayonundakı 275 saylı məktəblərdə keçirilən tədbirlərdə Bəxtimşah Tağıyeva əvvəlcə Azərbaycan Respublikası Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyi haqqında məlumat verib, sonra layihənin əhəmiyyəti barədə danışıb.
Onun sözlərinə görə, dini tolerantlıq mühiti Azərbaycan cəmiyyətinin nümunəvi birgə yaşayış formasına çevrilib: “Azərbaycanda heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma olmayıb, bu sahədə qarşılıqlı hörmətə və etimada əsaslanan mütərəqqi münasibətlər mövcud olub. Son illər ölkə Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində Bakı şəhəri dinlərarası və mədəniyyətlərarası dialoq mərkəzlərindən biri kimi tanınmağa başlayıb. Ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə dünyada milli və dini tolerantlığın gücləndirilməsi, multikultural dəyərlərin təbliği, dini zəmində ekstremizmə və ayrı-seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi və s. aktual problemlər geniş müzakirə olunur”.
Bildirilib ki, Azərbaycan digər müsəlman ölkələrindən dünyəviliyinə görə fərqlənir. Azərbaycan ərazisində nə qədər təbliğat aparsalar da, hər hansı ciddi problem yoxdur. Hələ də ölkədə dini sabitliyin pozulmasına yönəlmiş xarici təsirlər var, amma bu cür hallara qarşı ciddi mübarizə aparılır.
Vurğulanıb ki, bu gün bir çox ölkələrdə daxili və xarici qüvvələr missionerlik fəaliyyəti vasitəsi ilə sabitliyi pozur, müxtəlif dağıdıcı halların meydana çıxmasına şərait yaradırlar. Dünya təcrübəsi onu göstərir ki, radikal dini qruplaşmalara qarşı vətəndaş mövqeyi ortaya qoyulmalıdır.
Diqqətə çatdırılıb ki, tolerantlıq nümunəsi olan Azərbaycanda multikulturalizm həyat tərzinə çevrilib, bu baxımdan ölkəmiz dünyaya müsbət nümunə təqdim edə bilib. Bu gün ölkəmizdə bütün dinlərin və millətlərin nümayəndələri mehriban, sərbəst şəkildə yaşayırlar. Ölkədə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. 743-cü ildə tikilmiş Şamaxı məscidi keçən il ölkə başçısı tərəfindən əsaslı təmir və bərpa edilərək xalqın istifadəsinə verildi. Əgər müstəqillikdən əvvəl ölkədə 300-ə yaxın məscid var idisə, bu gün onların sayı 3366-dır. Bütün bunlar ölkədə hökm sürən tolerantlığın bariz nümunəsidir.
Tədbirin sonunda şagirdlərə müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

