Bilik Fondu Qəbələdə udilər üçün “Azərbaycan dilini öyrənirik” kursları təşkil edib
07.06.2016 [10:06]
Ölkəmizdə Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi, qorunması və inkişaf etdirilməsinə hərtərəfli qayğı göstərilir, etnik-milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin dövlət dilimizin zənginliklərinə daha yaxından yiyələnməsinə real zəmin yaradılır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu dövlət siyasətimizin bu istiqamətinin təbliğinə, eləcə də Azərbaycan dilini öyrənmək arzusunda olanlara müxtəlif layihələr vasitəsilə dəstək verir. Bu məqsədlə dünyada udilərin yığcam yaşadığı yeganə məkan olan Qəbələ rayonunun Nic qəsəbəsində “Azərbaycan dilini öyrənirik” kursları açılıb. Kursun açılış mərasimində çıxış edən Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri, yazıçı-publisist Hacı Abdulla qeyd edib ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayevin ideya müəllifi olduğu layihənin əsas məqsədi milli azlıqların Azərbaycan cəmiyyətinə daha fəal inteqrasiyasına, dövlət və ictimai strukturlarda geniş təmsil olunmasına dəstək verməkdir. Bakıdakı Rus Pravoslav kilsəsi ilə birlikdə reallaşan bu kurslarda rusdilli insanlar iştirak edir. Kurslarda təhsil alanlar Azərbaycan dilində daha yaxşı danışmaq, yazmaq, vətəndaşı olduğu ölkənin tarixi və mədəniyyətinə daha yaxından bələd olmaq imkanı qazanacaqlar. Ödənişsiz fəaliyyət göstərəcək kurslarda təcrübəli Azərbaycan dili və ədəbiyyatı müəllimləri müasir metodlarla təlim-tədris aparacaqlar. Kursları uğurla başa vuranlara sertifikatlar veriləcək.
Bilik Fondunun beynəlxalq əlaqələr sektorunun məsləhətçisi Anar Alxasov 3 ildir ki, fəaliyyət göstərən qurumun ölkəmizin bütün regionlarını əhatə edən layihələri barədə danışaraq, bir çox xarici dövlətlərlə də əlaqələr qurulduğunu bildirib. Fondun dəstəyi ilə bu ilin fevralında Rusiya, Türkiyə və Azərbaycanın paytaxt məktəblərinin Bakıda bir araya gələrək qardaşlaşdığını, dünyaya sülh, birlik mesajları verdiklərini deyib, 20-dən çox dövlətin respublikamızda fəaliyyət göstərən səfirinin, beynəlxalq təşkilatların rəhbərlərinin Bilik Fondunda olduğunu söyləyib.
Tədbirdə Nic qəsəbə 2 nömrəli orta məktəbin direktoru Asya Qukasova çıxış edərək deyib ki, udi məktəbliləri Bilik Fondunun “Qardaşlaşmış məktəblər”, “Qafqaz Albaniyası intibahı”, “İlboyu bilik” layihələrində, idman, foto, inşa və rəsm müsabiqələrində xüsusi fəallıq göstəriblər. Məktəbdə bu kursun açılması da gərəkli, xeyirxah təşəbbüsdür. Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən təhsil ocağında “Multikulturalizm kabineti” açılıb və “Azərbaycan dilini öyrənirik” kursları da həmin kabinetdə aparılacaq.
Qəbələ rayon İcra Hakimiyyətinin Nic qəsəbəsi üzrə nümayəndəsi İbrahim Məmmədov bildirib ki, udilərin Azərbaycan dilində danışmaq, yazmaq problemləri mövcuddur, bundan onların özləri də əziyyət çəkirlər. Udilər ailə-məişətdə udi dilində danışır, orta məktəbdə rus dilində təhsil alırlar. Onların əksəriyyəti rus dilində təhsil aldığından Rusiya ali məktəblərinə üz tutur və çoxu da geri qayıtmır. O, rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bilik Fondu tərəfindən icra olunan yeni layihənin bu sahədəki mövcud problemlərin həllinə müsbət yardım edəcəyini bildirib. Məlumat verilib ki, kurslara 50-yə qədər orta məktəb məzunu olan gənclər yazılsa da, ilk mərhələ üçün dərslərdə 15 nəfər iştirak edəcək.
Azərbaycan dili və ədəbiyyatı müəllimi Şahid İslamov əminliklə qeyd edib ki, kursda təlim keçən gənclər ilk həftədən Azərbaycan dilində şifahi danışmağa və yazmağa başlayacaqlar.
Dinləyicilərdən Albert Vəzirov, Samson Totari, Aleksey Mancari çıxış edərək, Azərbaycan dili kursunun açılmasını çoxdan gözlədiklərini söyləyib, dərslərdə müntəzəm iştirak edəcəklərini, öyrəndiklərini ailələrində, ünsiyyətdə olduqları qəsəbə sakinləri ilə paylaşacaqlarını deyiblər.
Sonra məktəbdə Azərbaycanda “Multikulturalizm ili”nə həsr olunmuş dərs keçirilib. Hacı Abdulla udi gənclərini maraqlandıran sualları cavablandırıb.
Dinləyicilərə dərsliklər, Azərbaycan dilində kitablar hədiyyə edilib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10

