Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Azərsun Holdinq” qanvermə aksiyası keçirib

“Azərsun Holdinq” qanvermə aksiyası keçirib

04.06.2016 [09:24]

“Azərsun Holdinq”də hər il olduğu kimi “Siz qan verməklə başqalarına həyat verirsiniz!” şüarı altında qanvermə aksiyası keçirilib. Mərkəzi Qan Bankı ilə birgə təşkil edilən sosial aksiya şirkətlər qrupunun mədəniyyət mərkəzində keçirilib. Qanvermədə holdinqin 500-dən artıq əməkdaşı iştirak edib.
Donor şəxslərə tibbi xidmət göstərilib və toplanılan qan Səhiyyə Nazirliyinin mərkəzi qan bankına təhvil verilib.
Qanvermə aksiyasında iştirak edən holdinqin İdarə Heyətinin üzvü Tahir Gözəl qan verməklə müxtəlif xəstəliklərdən əziyyət çəkən insanları xilas etməyin mümkün olduğunu bildirib və hər kəsi bu cür aksiyalara qatılmağa dəvət edib.
Qeyd edək ki, ölkəmizin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” artıq 10 ildir ki, ənənəvi qanvermə aksiyası keçirməklə yüzlərlə insanın öz sağlamlığına qovuşmasına dəstək verir.

Paylaş:
Baxılıb: 724 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31