Nəsimi rayonunda uşaqların bayramı silsilə tədbirlərlə qeyd olunub
02.06.2016 [09:54]
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən silsilə tədbirlər keçirilib.
Rayon ərazisində yerləşən Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı körpələr evində təşkil olunan tədbirdə uşaqlara bayram hədiyyələri təqdim edilib. Tədbir iştirakçıları Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya daim uşaqlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Növbəti tədbir rayonun fiziki cəhətdən qüsurlu uşaqların iştirakı ilə 268 saylı məktəbdə keçirilib. Əvvəlcə uşaqların əl işlərindən ibarət sərgi nümayiş olunub. Sonra Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov uşaqları bayram münasibəti ilə təbrik edərək bildirib ki, ölkəmizdə uşaqlara xüsusi diqqət və qayğı vardır. Onların Vətənə layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaradıb. Tədbirdə fiziki qüsurlu 9 uşağa əlil arabaları təqdim olunub. Uşaqlar qonaqların qarşısında rəngarəng konsert proqramı ilə çıxış ediblər.
Tədbirlər planına uyğun olaraq rayon məktəblərinin təhsildə və idmanda fərqlənən uşaqlar üçün Zorge parkında musiqili əyləncəli bayram şənliyi təşkil olunub. Uşaqlar üçün LOQOS Psixoloji və Nitq İnkişaf Mərkəzinin peşəkar psixoloqları tərəfindən ödənişsiz konsultasiyalar, art-terapiya keçirilib. Parkda musiqiçilərin şən ifaları altında uşaqlar rəqs ediblər, öz məharətlərini göstərərək şeir və mahnılarla həmyaşıdları qarşısında çıxış ediblər. Bayram şənliyində iştirak edən nağıl qəhrəmanları və şən klounlar uşaqların yaddaşında xoş izlər buraxıb.
Rayon ərazisində yerləşən “KOALA” istirahət və əyləncə mərkəzində də valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nahar süfrəsi açılıb və onlara hədiyyələr verilib. Gün ərzində uşaqlar şən klounların iştirakı ilə parkda olan müxtəlif oyun elementlərindən istifadə edərək şənləniblər.
Xəbər lenti
Hamısına baxHadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54

