Respublika Günü münasibətilə Səbail məktəbliləri arasında şahmat turniri keçirilib
25.05.2016 [10:11]
28 May - Respublika Günü münasibətilə Səbail məktəbliləri arasında şahmat turniri keçirilib.
Turnir Səbail rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Yarışda 6, 7, 49, 50, 91, 132-134, 162, 189-190, 236, 139 nömrəli məktəblərdən 40-dək şagird mübarizə aparıb.
AZƏRTAC xəbər verir ki, turnirin açılış mərasimində YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, beynəlxalq qrossmeysterlər Eltac Səfərli və Arkadi Naydiç iştirak ediblər.
Şəmsəddin Hacıyev tədbirdə çıxış edərək intellektual idman növü olan şahmatın bünövrəsinin Azərbaycanda hələ 1970-ci illərdə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. O, bu gün ölkəmizin bütün bölgələrində şahmatın inkişafına göstərilən yüksək diqqət və qayğıdan danışıb. Ş.Hacıyev bildirib ki, şahmatçılarımızın beynəlxalq səviyyəli mötəbər yarışlarda əldə etdiyi uğurlar Prezident İlham Əliyevin idmanın bu növünə diqqət və qayğısının göstəricisidir. Ölkəmizdə hazırda 22 beynəlxalq qrossmeyster, 15 beynəlxalq usta, 8 FİDE ustası var. FİDE-nin elan etdiyi reytinq cədvəlində Azərbaycan 153 ölkə arasında 5-ci yerdə qərarlaşıb.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti bildirib ki, indi hər bir şəhərdə müasir şahmat evləri, məktəbləri var. Azərbaycan gənclərinin istedadı və peşəkarlığı idmanın bu növündə intellektual potensialımızı artırmağa imkan verir. Bu gün Azərbaycan şahmat aləmində ən yüksək yerlərdədir. Təsadüfi deyil ki, 2016-cı ilin sentyabrında Dünya Şahmat Olimpiadası da Azərbaycanda keçiriləcək. Bu qərarın qəbul edilməsində təkcə Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyəti yox, həm də şahmatçılarımızın qələbələri mühüm rol oynayıb.
Sonra turnirə start verilib.
Yarışda qalib gələn oğlanlar və qızlar fəxri kubok və medallarla təltif olunublar.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

