/ / “Region gəncləri arasında dini radikallıq və ekstremizmə qarşı maarifləndirmə” adlı layihəyə start verilib
“Region gəncləri arasında dini radikallıq və ekstremizmə qarşı maarifləndirmə” adlı layihəyə start verilib
19.05.2016 [10:23]
Gənc Politoloqlar Mərkəzi tərəfindən həyata keçiriləcək layihə üç ay davam edəcək
Hikmət Babaoğlu: Hazırkı mərhələdə islamofobiyanın, ksenofobiyanın, antisemitizmin, ayrı-seçkiliyin alternativi yalnız multikulturalizmdir
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Gənc Politoloqlar Mərkəzi tərəfindən reallaşdırılan “Region gəncləri arasında dini radikallıq və ekstremizmə qarşı maarifləndirmə” layihəsinin icrasına start verilib. Bununla bağlı keçirilən tədbiri giriş sözü ilə açan Gənc Politoloqlar Mərkəzinin rəhbəri İlkin Əliyev deyib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcək layihə üç ay davam edəcək. Layihənin əsas məqsədi region gəncləri arasında maarifləndirici seminarlar keçirməklə onların dini radikallıq və ekstremizmə qarşı mübarizədə rolunu gücləndirməkdən ibarətdir.
İlkin Əliyev əlavə edib ki, müasir cəmiyyətdə dinin insanların həyatında, xüsusilə tərbiyəsində və formalaşmasında böyük rolu var: “Eyni zamanda, dinin düzgün təbliği cəmiyyətdə yarana biləcək hər hansı fikir ayrılığı, radikal fəaliyyət və ekstremizm kimi halların qarşısının alınmasına böyük töhfə verə bilər. Bu baxımdan Gənc Politoloqlar Mərkəzi olaraq gənclər arasında bu cür maarifləndirici layihələrin həyata keçirilməsini məqsədəuyğun hesab edirik və inanırıq ki, layihənin icrası gənclərin ölkəmizin inkişafında müsbət rolunun güclənməsində faydalı olacaq”.
İlkin Əliyev onu da bildirib ki, layihə Azərbaycanın 11 regionunu təmsil edəcək 500-ə yaxın gəncin dini radikallıq və ekstremizmlə mübarizə mövzusunda maarifləndirilməsini nəzərdə tutur: “Eyni zamanda, Bakıda keçiriləcək bir günlük konfrans zamanı gənclərin dini radikallıq və ekstremizmlə mübarizədə rolu mövzusunda mütəxəssislərin iştirakı ilə fikir mübadilələri aparılacaq. Layihənin icrası zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və komitənin regionlardakı nümayəndəlikləri, yerli icra hakimiyyətləri və onların gənclərlə iş üzrə şöbələri, həmçinin gənclər təşkilatları, yerli təhsil qurumları və digər əlaqədar qurumlarla əməkdaşlıq ediləcək”.
Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu öncə Azərbaycanın dünyada üç səmavi dinin təmsilçilərinin bərabər və dinc şəraitdə yaşadığı tolerant, multikultural dəyərlərə önəm verilən bir ölkə kimi tanındığını deyib.
Müasir dünyanın, beynəlxalq münasibətlərin, qlobal cəmiyyətin ehtiyacı olduğu ən birinci məsələnin dözümlülük, tolerantlıq, multikulturalizm olduğunu deyən millət vəkili məhz bu kontekstdə Azərbaycan multikulturalizminin dünya üçün örnək təşkil etdiyini bildirib: “Təəssüf ki, istər Azərbaycandan Qərbdə, istərsə də ondan Şərqdə multikultural dəyərlər hər gün bir qədər də deqradasiyaya, iflasa uğrayır. Bu kontekstdə Azərbaycanın multikulturalizm modeli çox parlaq bir nümunə kimi görünür. Ona görə də multikulturalizmin Azərbaycan modeli ən effektiv bir model kimi dünyanın bir çox ölkələri tərəfindən mənimsənilir, öyrənilir”.
Bildirilib ki, Azərbaycanın multikulturalizm dəyərləri hazırda dünyanın ən çox ehtiyac duyduğu bir məsələdir. Fəlsəfəsində dözümlülük, çoxmədəniyyətlilik, qlobal dəyərlər olan multikulturalizmi təbliğ etməsək, bəşəriyyətin gələcəyi bir qədər də daha təhlükəli ola bilər: “Çünki hazırkı mərhələdə islamofobiyanın, ksenofobiyanın, antisemitizmin, ayrı-seçkiliyin alternativi yalnız multikulturalizmdir. Bu dəyər və nümunənin Azərbaycandan dünyaya ixrac olunması ölkəmizdə hətta bir milli qürur yaradır. Bu yaxınlara qədər Avropa siyasətçiləri multikulturalizmi bir dəyər kimi qəbul etmir və iflasa uğradığını qeyd edirdilərsə, son bir neçə ildə baş verən hadisələr o insanların düşüncəsində kardinal dəyişikliklər yaratdı. Bir daha hamıya aydın oldu ki, qarşılıqlı dözümlülük, tolerantlıq olmasa, hər yanda zorakı ekstremizmin, dözümsüzlüyün şahidi olacağıq. Bu da təhlükəsizliyi ən yüksək həddə təmin olunmuş ölkələrin belə təhlikəsizliyini təhdid edəcək. Bunu Fransanın, Belçikanın nümunəsində gördük. Ona görə də multikulturalizmin Azərbaycan modelinin mənimsənilməsi, öyrənilməsi və dünyaya təbliğ olunması bu gün olduqca aktualdır”.
Hikmət Babaoğlu bildirib ki, hazırda müsəlman Şərqində baş verən hadisələr islam dininə və mədəniyyətinə qarşı yönəlib və onun həqiqi islamla heç bir əlaqəsi yoxdur. “İmperialist mərkəzlər tərəfindən yaradılan və idarə olunan beynəlxalq terror şəbəkəsinin məqsədi islam dinini gözdən salmaq, müsəlman Şərqində milli dövlətlərin mövcudluğuna son qoymaqdır. İdarə olunan xaos siyasəti əsasında törədilən bu hadisələrdə məqsəd islam dünyasının yeraltı və yerüstü sərvətlərini istismar etməkdir. Hazırda radikal ekstremist qruplaşmalar islama qarşı terrorun coğrafiyasını genişləndirərək bütün müsəlman ölkələrinə yaymaq istəyirlər”.
Məhz buna görə də dini radikallıq və ekstremizmə qarşı mübarizə istiqamətində gənclərin maarifləndirilməsinin vacib olduğunu deyən millət vəkili Gənc Politoloqlar Mərkəzi tərəfindən reallaşdırılan layihənin əhəmiyyətini xüsusi vurğulayıb, bunun davamlı olmasını tövsiyə edib.
“Azad Azərbaycan” qəzetinin baş redaktoru Asəf Abbasov isə diqqətə çatdırıb ki, bu kimi layihələrin regionlarda keçirilməsi də gənclərin maarifləndirilməsində xüsusi əhəmiyyətə malik olacaq.
Qeyd edək ki, Gənc Politoloqlar Mərkəzi 1997-ci ildən fəaliyyət göstərir və təşkilatın əsas məqsədi hüquqi-demokratik cəmiyyətin fəal iştirakçıları olan gənclərin siyasi və hüquqi təhsil və biliklərinin artırılmasına, təkmilləşdirilməsinə dəstək olmaqdan ibarətdir.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30

