Abu Dabi Neft İnstitutunun prezidenti BANM-də olub
05.05.2016 [09:56]
Bakı Ali Neft Məktəbi (BANM) və Abu Dabi Neft İnstitutu arasında anlaşma memorandumu imzalanıb. Tədbirdə Abu Dabi Neft İnstitutunun prezidenti Tomas Hoçstetler, institutun xarici əlaqələr və əməkdaşlıq üzrə direktoru İbrahim Əl Həcri, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirinin müavini Abdulla Əl Şəmsi, BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbiri açan BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq BANM-in tarixi, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri, qısa müddət ərzində əldə etdiyi nailiyyətləri və yeni kampusu haqqında məlumat verib. O, BANM və Abu Dabi Neft İnstitutu arasında qurulan əməkdaşlığın mühəndislik ixtisasları üzrə tələbə və akademik heyətin mübadiləsi, tədris proqramlarının hazırlanması və tətbiqi, elmi işlərin, akademik nəşrlərin, təlim materiallarının və digər məlumatların mübadiləsi, birgə tədqiqatların aparılması və digər məsələlər üzrə fəaliyyət göstərməsinə şərait yaradacağını bildirib. E.Qasımov Abu Dabi Neft İnstitutunun BANM-in tərəfdaşları sırasına daxil olmasından məmnun olduğunu bildirərək hər iki ali təhsil müəssisəsinin gələcəkdə mühəndis kadrlar hazırlayan dünya universitetləri arasında nüfuzlu ali təhsil ocaqlarına çevriləcəyindən əminliyini ifadə edib.
Abu Dabi Neft İnstitutunun prezidenti Tomas Hoçstetler Azərbaycanda və mühəndislik sahələri üçün yüksək ixtisaslı kadrlar hazırlayan ali məktəbdə olmasından məmnunluğunu ifadə edib. O, rəhbərlik etdiyi Neft İnstitutunun mühəndislik və enerji sənayesi sahəsi üzrə mütəxəssislərin hazırlanmasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı olan Abu Dabidə yaranan dünya səviyyəli ali təhsil ocağı və tədqiqat mərkəzi olduğunu bildirib. T.Hoçstetler BANM ilə mühəndis kadrların hazırlanması sahəsində birgə fəaliyyətə maraqlı olduğunu və bu istiqamətdə əməkdaşlığın qurulmasından şad olduğunu bildirib. O, yaradılan əməkdaşlığın hər iki ali məktəbə böyük töhfələr və mühəndis hazırlığı istiqamətində yeni nailiyyətlər gətirəcəyinə əminlik ifadə edib.
Abu Dabi Neft İnstitutunun xarici əlaqələr və əməkdaşlıq üzrə direktoru İbrahim Əl Həcri çıxış edərək, BANM və təmsil etdiyi institut arasında bir çox oxşar cəhətlər olduğundan səmərəli əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu deyib. O, yaradılan əməkdaşlığın həmçinin mədəniyyətlərarası əlaqələrin genişlənməsinə yardım edəcəyini qeyd edib.
Görüşdə həmçinin qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirəsi keçirilib.
Sonda BANM və Abu Dabi Neft İnstitutu arasında anlaşma memorandumu imzalanıb.
BANM-in rektoru Elmar Qasımov Abu Dabi Neft İnstitutunun Prezidenti Tomas Hoçstetlerə Ali Məktəbin “Fəxri qonaq” diplomunu təqdim edib.
Qeyd edək ki, memorandumda həmçinin seminar, konfrans və təlimlərin təşkilində qarşılıqlı dəstəyin göstərilməsi, xüsusi inkişaf sahələrində təlim layihələri çərçivəsində əməkdaşlıq və digər sahələr üzrə əməkdaşlıq məsələləri əks olunub.
Xəbər lenti
Hamısına baxSosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48

