Tələbələrin respublika spartakiadasının və çempionatının açılışı olub
30.04.2016 [09:26]
Aprelin 29-da Bakı İdman Sarayında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş ali təhsil müəssisələrinin respublika spartakiadası və ali məktəb tələbələrinin idman növləri üzrə respublika çempionatlarının açılış mərasimi keçirilib. Təhsil, Gənclər və İdman nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən reallaşdırılan tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.
AZƏRTAC xəbər verir ki, mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov Ümummilli lider Heydər Əliyevin təhsilə, idmana daim böyük önəm verdiyini, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulayıb.
Ölkəmizdə idmanın inkişafı üçün geniş imkanların yaradıldığını qeyd edən nazir müavini “Bakı-2015” birinci Avropa Oyunlarında Azərbaycan idmançılarının qazandıqları parlaq nailiyyətlərdən danışıb.
Prezident İlham Əliyevin idmana xüsusi əhəmiyyət verdiyini bildirən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov respublikamızda bu sahəyə marağın daha da artdığını diqqətə çatdırıb.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə idmançılarımızın beynəlxalq yarışlarda uğurla iştirak etdiklərini vurğulayıb, gənclərə və idmançılara tövsiyələrini verib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayan S.Mehbalıyev respublika çempionatlarının iştirakçılarına uğurlar arzulayıb.
Qeyd olunub ki, spartakiadanın proqramına şahmat, dama, nərd, stolüstü tennis, voleybol idman növləri daxildir. Bu yarışda ali təhsil müəssisələrində çalışan professor-müəllim heyəti və digər əməkdaşlar iştirak edirlər. Tələbələrin respublika çempionatlarına isə ölkəmizin ali məktəblərində təhsil alan gənclər qatılıblar. Builki çempionatlar badminton, şahmat, stolüstü tennis, veloidman, voleybol, basketbol, atletika, yunan-Roma və sərbəst güləş üzrə keçirilir.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50

