Riyazi dəqiqlik, fəlsəfi təmkin
30.04.2016 [09:25]
Professor Nazim Hüseynli o ziyalılardandır ki, hər sözünün, hər hərəkətinin, hadisələrə hər hansı reaksiyasının arxasında təbii (və bütöv) şəxsiyyəti dayanır. Neçə on illərin müxtəlif səviyyəli qarşılıqlı münasibətlərindən, yoldaşlığından (və nəticə etibarilə, dostluq - qardaşlığından) yaxşı bilirəm ki, Nazim Gədəbəydən Bakıya elə-belə gəlməyib, sağlam (və mükəmməl) təfəkkür, dostlara, məsləkdaşlara həmişə açıq olan hərarətli bir ürək gətirib... Fikrimcə, Allahın ona bağışladığı ən mühüm mənəvi nemət fəlsəfi təmkin, xarakterə çevrilmiş yüksək daxili mədəniyyətdir. Və kökü çox dərinlərdən - nəsil-nəcabətdən gələn bu mədəniyyətin sayəsindədir ki, Nazim Hüseynli öz həyatını tələsmədən (və gecikmədən!) yaşayır... Riyazi dəqiqliklə, fəlsəfi təmkinlə...
Qəti şəkildə əminəm ki, onun müxtəlif mövzulara həsr olunmuş çoxlu əsərləri var. Hər şeydən əvvəl ona görə ki, hərdən görüşlərimizdə elə mülahizələr söyləyir ki, onlar heç zaman təsadüfi, yaxud impulsiv düşüncənin məhsulu ola bilməz... Ancaq heç vaxt görməmişəm ki, “mən bunu yazdım”, “mənim bu kitabımda, ya məqaləmdə bu var” desin. Soruşanda ki, “qağa, o möhtəşəm əsərlərini lazımi miqyasda niyə üzə çıxartmırsan ki, millət oxuyub feyziyab olsun”, adətən, cavab verir ki, “tələsik bir işim var, hələ bir az da fikirləşək”...
O, elmə riyaziyyatçı kimi gəlsə də, təfəkkürünün riyazi dəqiqliyini zədələmədən tədricən fəlsəfəyə keçdi. Və özünü kifayət qədər orijinal, mükəmməl (və milli ruhlu, vətənpərvər!) bir düşüncə adamı, ziyalı kimi tanıtdı.
Nazimin, elmi tədqiqatla ardıcıl məşğul olsa da, əsərlərini gec-gec nəşr etdirməsinin bir səbəbi intellektual məsuliyyətidirsə, digər səbəbi, güman edirəm ki, diqqəti daha çox özünün şah əsəri saydığı (və öz gücünə yaradıb formalaşdırdığı) Avrasiya Universitetinə verməsidir. O universitetə ki, bu gün bizim ali təhsil sistemində özünəməxsus xidmətləri ilə seçilir...
Mən dostuma, qardaşıma - professor Nazim Hüseynliyə altmış yaşının tamam olduğu günlərdə həm şəxsi həyatında, həm elmi, həm də təhsil quruculuğu fəaliyyətində daha böyük uğurlar arzulayıram!...
Nizami Cəfərov,
AMEA-nın müxbir üzvü,
filologiya elmləri doktoru,
professor
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

