Salyan şəhərinin içməli su təchizatı yaxşılaşdırılır
30.04.2016 [09:23]
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq Salyan şəhərinin daha keyfiyyətli su ilə təmin olunması üçün təxirəsalınmaz tədbirlərin icrasına başlanılıb. Təsdiqlənmiş plana uyğun olaraq, Şirvan-Muğan qrup su kəmərindən Salyan şəhərinə yeni magistral xəttin tikintisi, həmçinin Salyan şəhərinin bəzi küçələrində yeni paylayıcı şəbəkənin yaradılması nəzərdə tutulur. Layihə çərçivəsində 1,4 km uzunluğunda magistral, 2 km uzunluğunda paylayıcı xətlərin inşasına başlanılıb.
Aprel ayının ikinci yarısından layihənin icrasına başlanılıb və qısa müddət ərzində 710 mm diametrli magistral kəmərin 750 metrdən artıq hissəsinin tikintisi yekunlaşıb, eyni zamanda, şəhərdaxili şəbəkədə müxtəlif diametrli borularla 800 metr uzunluğunda yeni xətt inşa edilib. Təsdiqlənmiş tədbirlər planına uyğun olaraq layihə üzrə işlərin iyun ayında tam başa çatdırılması nəzərdə tutulub. İşlər başa çatdıqdan sonra yeni çəkilmiş magistral xətt mövcud şəbəkəyə birləşdiriləcək və bununla da Salyan şəhərinin 12 mindən artıq sakini Kür Sutəmizləyici Qurğularında emal olunan keyfiyyətli içməli sudan istifadə edəcək. Şəhərə yeni mənbədən suyun verilməsi təmin edildikdən sonra 1972-ci ildən istismarda olan sutəmizləyici qurğunun, həmçinin 3 ədəd nasos stansiyasının fəaliyyəti dayandırılacaq.
Qeyd edək ki, Şirvan-Muğan qrup su kəmərinin təməli 2012-ci ilin iyul ayında Prezident İlham Əliyev tərəfindən qoyulub, 2013-cü ildə bu kəmərdən Hacıqabul, Şirvan və Biləsuvar şəhərlərinə içməli suyun verilməsi təmin edilib. Ümumilikdə, Şirvan-Muğan qrup su kəməri Hacıqabul, Şirvan, Biləsuvar, Salyan və Neftçala şəhərlərinin, həmçinin kəmərin marşrutu boyu yerləşən 121 kəndin 470 min sakininin içməli su təchizatının yaxşılaşmasına hesablanıb.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

