“Regional İnkişaf” İctimai Birliyinin Aran-1 regional mərkəzi yaradılıb
20.04.2016 [10:10]
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Aran-1 regional mərkəzi fəaliyyətə başlayıb. İctimai Birliyin Salyan şəhərində keçirilən toplantısında qeyd olunub ki, Aran bölgəsi üzrə fəaliyyətin daha əhatəli və səmərəli olması üçün RİİB burada iki regional mərkəzin yaradılmasına qərar verib. Təşkilatın Aran-1 regional mərkəzinin fəaliyyəti Salyan, Biləsuvar, Saatlı, Hacıqabul, Neftçala rayonlarını və Şirvan şəhərini əhatə edəcək, regional mərkəz isə Salyan şəhərində fəaliyyət göstərəcək.
RİİB-in sədri Məhəmməd Abdullayev Salyanda keçirilən toplantıda təşkilatın vəzifələri barədə məlumat verərək bildirib ki, İctimai Birliyin məqsədi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlar, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək göstərməkdir. Bölgələrdə əhalinin elm, təhsil, səhiyyə, idman, ekologiya, sosial təminat, mədəniyyət, incəsənət, turizm, sahibkarlığın inkişafı və digər sahələrdə mövcud problemlərinin öyrənilməsi, onların həlli məqsədilə vətəndaşlarla dövlət orqanları arasında qarşılıqlı dialoqun və əməkdaşlığın qurulmasına, informasiya axınına köməyin göstərilməsi əsas vəzifələrdəndir.
Bildirilib ki, regionlarda sahibkarlığın və turizmin inkişafına xidmət edən proqramların, eləcə də məşğulluq proqramlarının hazırlanması və icrasını həyata keçirəcək İctimai Birlik bölgələrdə güclü insan kapitalının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində layihələr reallaşdıracaq.
RİİB-in layihələri, həmçinin gənclərin milli mənəvi dəyərlərə, ənənələrə, tarixi keçmişinə bağlı ruhda böyüməsi, eləcə də onların ölkəmiz və dünya mədəniyyəti haqqında bilik və məlumatlarının artırılması istiqamətinə yönələcək.
İctimai Birlik əhalinin müxtəlif sahələrlə bağlı kollegial müraciətlərinə baxacaq və vətəndaşla aidiyyəti qurumları bir araya gətirməklə məsələlərin həllinə çalışacaq.
RİİB-in fəaliyyətinin bütün bölgələri əhatə edəcəyi bildirilib, rayon sakinlərinin, xüsusilə gənclərin könüllülər kimi təşkilat ətrafında birləşməsi vacib sayılıb.
Toplantıda qeyd olunub ki, RİİB-in sosial şəbəkələrdə səhifələri istifadəyə verilib və təşkilatın fəaliyyətini, gündəlik xəbərləri, foto və video paylaşmalarını, keçiriləcək tədbirlər barədə məlumatları feysbuk səhifəsində izləmək olar.
Eyni zamanda, İctimai Birliyin ötən müddətdə Lənkəran və İsmayıllı rayonlarında sosial sahədə və turizmin inkişafı məqsədilə həyata keçirdiyi layihələr barədə məlumat verilib.
Toplantıda çıxış edən rayon sakinləri Heydər Əliyev Fondu tərəfindən yaradılan “Regional İnkişaf” İctimai Birliyinin bir sıra məsələlərin həllində əhəmiyyətli rol oynayacağını qeyd ediblər.
Tədbirdə bölgədə müxtəlif sahələr üzrə peşə məktəblərinin, autizm və bu kimi sosial məsələlər üzrə regional bərpa mərkəzlərinin yaradılması və digər istiqamətdə təkliflər irəli sürülüb.
Qeyd edək ki, martın 2-dən fəaliyyətə başlayan “Regional İnkişaf” İctimai Birliyinin artıq Dağlıq Şirvan, Lənkəran, Quba regional mərkəzləri yaradılıb.
Digər regional mərkəzlərin də yaradılması nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

