Məktəb direktoru işləmək istəyənlərin 493-ü müsahibə mərhələsinə keçib
20.04.2016 [10:09]
Aprelin 19-da Təhsil Nazirliyində məktəb direktorlarının işə qəbulu imtahanı və respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri ilə bağlı mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə nazirliyin təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev fizika, kimya, riyaziyyat, biologiya və informatika fənləri üzrə respublika fənn olimpiadalarının nəticələri barədə məlumat verib. Bildirilib ki, nəticələrə əsasən, 16 nəfər birinci, 33 nəfər ikinci, 54 nəfər üçüncü yeri tutub. Naxçıvan Muxtar Respublikası şagirdlərinin nəticələri və informatika fənni üzrə ümumi nəticələr aprelin 19-da elan olunacaq.
Qeyd edilib ki, artıq iki ildir nazirlik tərəfindən olimpiadalar yeni qaydalar əsasında keçirilir. Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi yanvarın 17-də olub. Bu mərhələdə riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə 27.500 nəfər IX-XI sinif şagirdi iştirak edib. Olimpiadanın yarımfinal turunda 4.500-dək şagird bilik və bacarığını nümayiş etdirib. Qeyd edilib ki, ötən həftə fizika, kimya, biologiya, riyaziyyat və informatika üzrə olimpiadaların final mərhələsi keçirilib. Dəqiq fənlər üzrə bu mərhələdə 271 şagird iştirak edib.
Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənləri üzrə respublika fənn olimpiadalarının final mərhələsi aprelin 22-dən 24-dək fizika, riyaziyyat və informatika təmayüllü liseydə keçiriləcək. Bu fənlər üzrə 415 şagird bilik və bacarığını nümayiş etdirəcək. Vurğulanıb ki, aşağı yaş qrupları üzrə keçirilən fənn olimpiadalarında iştirakçıların nəticələri uğurlu olub.
Sonra nazirliyin insan resursları şöbəsi müdirinin müavini Eşqi Bağırov bu sistemə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul ilə bağlı keçirilən imtahanlar barədə məlumat verib. Bildirilib ki, bu il martın sonlarında direktorların işə qəbulu ilə bağlı yeni qaydalar təsdiqlənib. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul ilə bağlı keçirilən test imtahanının nəticələri məlum olub. Müsabiqənin üçüncü mərhələsi aprelin 15-dən 17-dək Azərbaycan Dövlət İqtisad Universitetində keçirilib. Məktəb direktoru olmaq istəyən namizədlərin üçüncü mərhələdə - imtahanda iştirakı prosesi tam elektronlaşdırılıb. Bütün proseslər xüsusi proqram təminatı vasitəsilə həyata keçirilib. Hər namizədə 110 dəqiqə vaxt verilib. Bu vaxtın 90 dəqiqəsi sual-cavab, qalan 20 dəqiqəsi isə esse yazılması üçün nəzərdə tutulub.
Qeyd edilib ki, elektron ərizəsi təsdiqlənən 2.260 nəfərdən 1.591-i imtahanda iştirak edib, onlardan 493-ü müsahibə mərhələsində iştirak hüququ qazanıb. Müsahibə mərhələsində isə namizədlərin dünyagörüşü, peşəkarlığı, bilik və bacarıqları qiymətləndiriləcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

