Gənclər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal olmalıdırlar
16.04.2016 [10:44]
Aprelin 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiya layihəsi çərçivəsində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ADPU-nun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yusif Məmmədov Azərbaycan həqiqətlərinin, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəqiq məlumatların dünya ictimaiyyətinə çatdırılmasında AVCİYA-nın və onun petisiya layihəsinin əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, petisiyada Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır. Həmçinin Ağ Ev Administrasiyasına AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım olunması üçün çağırış edilir.
Rektor aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən növbəti təxribat barədə məlumat verib, artıq ölkənin bir sıra ali təhsil müəssisələrində petisiya ilə bağlı silsilə təbirlərin keçirildiyini söyləyib və bu məsələdə gəncləri fəal olmağa çağırıb.
AVCİYA-nın prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiya layihəsinin məqsədi və tarixi əhəmiyyətindən danışıb. Bildirilib ki, aprelin 6-dan icra olunmağa başlayan bu layihə 2012-ci ildən başlanan layihənin davamıdır. Hazırda 126 mindən çox insanın petisiyaya səs verdiyini söyləyən E.Süleymanov daha çox səsə ehtiyac olduğunu bildirib. Vurğulanıb ki, gənclərimiz petisiyada daha fəal iştirak etməli, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasına dəstək verməlidirlər.
Xəbər lenti
Hamısına baxDünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50

