Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
15.04.2016 [10:02]
Aprelin 14-də “Azərbaycan - multikulturalizm məkanı: BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə nə vəd edir?” mövzusunda elan edilmiş fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqəni Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) birgə təşkil edib.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əvvəlcə müsabiqə barədə məlumat verib. Ölkəmizdə “Multikulturalizm ili” çərçivəsində görülən işlərdən danışan nazir bu anlayışın cəmiyyətdə daha aydın dərk olunması məqsədilə KİV nümayəndələri arasında belə bir müsabiqənin təşkil edildiyini vurğulayıb. Yazı müsabiqəsində demək olar ki, bütün mətbu orqanların əməkdaşlarının fəal iştirak etdiyini söyləyən Ə.Qarayev bildirib ki, yazılarda mövzuya fərqli yanaşmalar özünü göstərib.
BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumundan sonra Forumun ölkəmizə nə verdiyi məsələsi aktual olacaq. Ə.Qarayev buna görə də həmin mövzuda yazı müsabiqəsi elan etmək niyyətində olduqlarını deyib.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, “Azərbaycan - multikulturalizm məkanı: BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə nə vəd edir?” mövzusunda müsabiqənin məqsədi Azərbaycanın multikulturalizm sahəsində çoxəsrlik uğurlu təcrübəsinin araşdırılması və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyətinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaqdır.
Qeyd edib ki, müsabiqəyə 34 KİV-dən 50 yazı daxil olub. Yazılar üç ekspert tərəfindən qiymətləndirilib. Müsabiqədə birinci yer üçün (bir qalib) 1000 manat, ikinci yer üçün (iki qalib) 800 manat, üçüncü yer üçün (üç qalib) 600 manat məbləğində mükafat nəzərdə tutulub. Bundan əlavə, 5 yazı müəllifinə həvəsləndirici mükafat (200 manat) veriləcək.
BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumundan sonra bu Forumun ölkəmizə nə verdiyi barədə müsabiqənin elan ediləcəyini söyləyən Vüqar Səfərli həmin müsabiqəyə ilin sonunda yekun vurulacağını bildirib.
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan xalqının tolerant olduğunu söyləyərək, bu baxımdan müsabiqənin mövzusunun aktuallığını diqqətə çatdırıb. O, Forumdan sonra elan ediləcək müsabiqənin əhatə dairəsinin genişləndirilməsini, beynəlxalq səviyyədə keçirilməsini, Forum barədə xarici KİV-lərdə dərc olunacaq dəyərli yazılara da yer verilməsini təklif edib.
Sonra yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Qaliblər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin xüsusi diplomları ilə təltif olunublar.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

