Naxçıvan məktəbliləri Bakıda: tur-aksiyanın xoş təəssüratları
29.03.2016 [11:06]
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasından Bakıya gələn məktəblilər martın 26-da “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar.
AZƏRTAC xəbər verir ki, əsl bayram ab-havası ilə qarşılanan məktəblilərə qədim abidənin tarixi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Bakının 30 kilometrliyində, Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi” bütün dünyada tanınır. Qədim dövrlərdə bu ərazidə zərdüşti atəşpərəstlərin məbədi yerləşib. “Atəşgah məbədi”nin ən erkən tikilisi 1713-cü ilə aiddir. XVIII əsrdə məbədin ətrafında ibadətgah, hücrələr, karvansara inşa edilib.
2012-ci ilin sentyabr ayından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədə bitişik ərazilərdə abadlıq işləri aparılıb, yardımçı binalar tikilib. Hazırda qədim atəşpərəst məbədi dünyanın hər yerindən turistləri cəlb edir.
Daha sonra naxçıvanlı məktəblilər “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda olublar. Onlara məlumat verilib ki, qoruq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 1988-ci ildə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Ərazisi 81,5 hektar olan qoruqda 266 memarlıq və arxeoloji abidə qorunur. Bu abidələrin qorunması və qoruğun daha da zənginləşdirilməsi üçün 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə açıq səma altında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradılıb.
Şagirdlər kompleksdəki arxeoloji qalereyaya, orta əsrlərə aid yaşayış evlərinin konservasiya olunmuş qalıqlarına, qədim dulusçuluq, xalçaçılıq, dəmirçilik sənətinin nümunələrinə maraqla tamaşa ediblər.
Sonra məktəblilər qoruğun ərazisində fəaliyyət göstərən Qala Əntiq Əşyalar muzeyi, Qala qəsri və buradakı “Tullantıdan sənətə” muzeyi, Zirə Mədəniyyət Mərkəzi və Eko-Park ilə tanış olublar. Xüsusi layihə əsasında tikilmiş Zirə Mədəniyyət Mərkəzində yerləşən qalereya, fotostudiya, art-studiya, elektron kitabxana, IDEA resurs mərkəzi tur-aksiya iştirakçılarında xüsusi maraq doğurub.
Tur-aksiya çərçivəsində Zirə Xalça Muzeyində, Xalçaçılıq Tədris Mərkəzində də olan məktəblilər ekskursiyadan zəngin biliklərlə və xoş təəssüratla qayıdıblar.
Xəbər lenti
Hamısına baxMaraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57

