Qanunsuz parklamalarla bağlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar
19.03.2016 [10:13]
Dünən Beynəlxalq Mətbuat Mərkəzində “Qanunsuz Parklamalara Qarşı Mübarizə” İctimai Hərəkatı və “Azadinform” İnformasiya Agentliyinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə jurnalistlər arasında keçirdiyi müsabiqənin mükafatlandırma mərasimi təşkil olunub. “Azadinform” xəbər verir ki, tədbirdə “Azadinform” İA-nın baş redaktoru Niyaz Niftiyev, “Qanunsuz Parklamalara Qarşı Mübarizə” İctimai Hərəkatının rəhbəri İskəndər Quliyev, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis kapitanı Elşad Hacıyev, müxtəlif KİV nümayəndələri və digər qonaqlar çıxış ediblər.
Tədbirdə çıxış edən “Azadinform” İA-nın baş redaktoru Niyaz Niftiyev deyib ki, yanlış parklama ən çox rast gəlinən qayda pozuntusudur: “Müsabiqəyə fevralın 16-da start verilib. KİV nümayəndələri qanunsuz parklama, yollarda üzləşdiyimiz problemlər, onların həlli yolları ilə bağlı yazılar təqdim ediblər. Bakı bu gün beynəlxalq tədbirlərə ev sahibliyi edir, ona görə də hesab edirəm ki, bu problemin işıqlandırılması vacibdir”.
Baş redaktor deyib ki, müsabiqəyə təqdim edilən yazılar kifayət qədər çox olub: “Lakin, dəfələrlə elan etməyimizə baxmayaraq yazılarda problemlər var idi. Müsabiqəni elan edəndə bəyan etmişdik ki, yazı təqdim edən jurnalistlər özlərindən əvvəlkiləri izləsinlər, ekspertlərin dindirilməsində təkrarçılığa yol verilməsin”.
N.Niftiyev sonda onu da bildirib ki, növbəti ay bu mövzu ilə bağlı foto və video müsabiqələrinin nəticələri elan olunacaq.
Daha sonra çıxış edən Bakı şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, Bakıda yaranan süni sıxlıq problemlərindən biri paytaxtın inzibati ərazilərinə düşən küçə və prospektlər üzrə qeyri-qanuni parklamalardır.
Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis kapitanı Elşad Hacıyev qeyd edib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bu tədbirlərə qoşulması məni polis əməkdaşı kimi çox sevindirdi: “Biz də hesab edirik ki, artıq həm təbliğat işlərinin aparılmasında, həm təsirli tədbirlərin görülməsində KİV-in rolu böyükdür. Ən azından KİV nümayəndələrinin köməyi ilə daha geniş tədbirlərin keçirilməsi mümkündür”.
Çıxışlar başa çatdıqdan sonra müsabiqədə qalib gəlmiş iştirakçılara pul mükafatları və diplomlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

