Tur-aksiya iştirakçısı: Şimal bölgəsinə səyahət hamımızın ürəyincədir
17.03.2016 [10:08]
Martın 16-da “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunan maarifləndirici tur-aksiyanın Hacıqabul rayonundan olan iştirakçıları - rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola çıxıblar.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tur-aksiya iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsinə ehtiramlarını bildiriblər.
Yola salma mərasimində rayon icra hakimiyyəti və təhsil şöbəsinin məsul işçiləri, valideynlər iştirak ediblər.
Qrupun rəhbəri İmaməddin İmanov AZƏRTAC-a bildirib ki, dövlətimizin başçısının təşəbbüsü ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçıları bu gün Quba şəhərinə yola düşürlər. Dörd gün davam edəcək aksiya çərçivəsində şagirdlər Quba, Qusar və Xaçmazın tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlar. Tur-aksiya məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.
Hacıqabul rayon təhsil şöbəsinin məsləhətçisi Bəxtiyar Ələkbərov isə deyib ki, dördüncü dəfədir ölkəmizdə belə tur-aksiya təşkil edilir. Aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır, səfər zamanı şagirdlər və müəllimlər təcrübə mübadiləsi etmək imkanı da qazanırlar.
Tur-aksiya iştirakçısı, dərs əlaçısı, Hacıqabul şəhər 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Səkinə Teymurova ekskursiyanın təşkilindən razılığını bildirib. “Azərbaycanın dilbər guşələrinə səyahət etmək çoxdankı arzum idi. Şimal bölgəsinə ekskursiya hamımızın ürəyincədir. Quba, Qusar və Xaçmaz rayonları qədim tarixi, adət-ənənələri, mədəniyyət və incəsənəti ilə məşhurdur. İndi bu rayonlarla əyani tanış olmaq imkanımız var. Ümid edirəm ki, geriyə zəngin təəssüratlarla qayıdacağıq”, - deyə S.Teymurova qeyd edib.
Mərasim başa çatdıqdan sonra hacıqabullu məktəblilər avtobusla Qubaya yollanıblar.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

