Gəncədə Xocalı soyqırımı qurbanlarının xatirəsi əbədiləşdiriləcək
27.02.2016 [11:37]
Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət Xocalı həqiqətlərini bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır. Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri beynəlxalq hüquqi aktlara həyasızcasına məhəl qoyulmamasıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yeni qəsəbə-2”də keçirilən anım tədbirində səsləndirilib.
Xocalı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə keçirilən tədbirdə yerli sakinlər və Gəncə şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib, onların ruhuna dualar oxunub.
Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Xocalı soyqırımının tarixinə nəzər salaraq deyib ki, amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından 24 il keçir. Bu kütləvi qırğında yüzlərlə insan vəhşicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb. İcra Hakimiyyətinin başçısı bildirib ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə Ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı “Xocalı soyqırımı günü” kimi qəbul edib.
Elmar Vəliyev vurğulayıb ki, erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlərin, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü və ardıcıl iş aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu addımdır və artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur.
İcra Hakimiyyətinin başçısı bildirib ki, yaxın vaxtlarda “Yeni qəsəbə”də Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün işlərə başlanılacaq.
Daha sonra faciənin canlı şahidləri olmuş xocalılılar o müdhiş gecənin dəhşətlərindən, həmin gün erməni vandallarının onların başına gətirdikləri müsibətlərdən danışıblar.
Tədbirdə Gəncə Dövlət Dram Teatrının aktyorları və Kosalar kənd orta məktəbinin şagirdləri Xocalı faciəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Sonra iştirakçılar Xocalı faciəsinə həsr olunmuş kitab və rəsm sərgisi ilə tanış olublar.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Xocalı sakinləri ilə görüşüb, onların problemlərinin aradan qaldırılması üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30

