Daşkəsən rayonu 2015-ci ili uğurla başa vurub
23.02.2016 [09:37]
Dünən Daşkəsən rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov, Daşkəsən rayonundan Milli Məclisə seçilmiş millət vəkilləri Rövşən Rzayev və Kamran Bayramov iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, sonra Rayon İcra Hakimiyyətinin inzibati binasında yığıncaq öz işinə başlayıb.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq qeyd edib ki, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, ölkəmizin həyatının bütün sahələrində böyük uğurlar qazanılıb. O daha sonra Daşkəsən rayonunun ötən ildə əldə etdiyi sosial-iqtisadi nailiyyətlər haqqında məlumat verib. İH başçısının sözlərinə görə, 2015-ci ildə Daşkəsən rayonunda faktiki qiymətlərlə ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən 9,9 faiz çox olub: “Ümumi məhsul buraxılışında 2014-cü illə müqayisədə 2015-ci ildə sənaye istehsalı 5487,2 min manat (23,3 faiz çox), tikinti 11093,8 min manat (30,9 faiz çox), kənd təsərrüfatı məhsulları 29168,1 min manat (4,2 faiz çox), nəqliyyat üzrə 2872,9 min manat (9,1 faiz çox), ticarət və ictimai iaşə xidmətləri üzrə 16332,6 min manat (5,6 faiz çox), informasiya və rabitə xidmətləri üzrə 244,8 min manat məbləğində (7,3 faiz çox) olmuşdur. Hesabat ilində rayonda ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 95 faiz təşkil etmişdir”.
Əhəd Abıyev deyib ki, 2015-ci ildə 220-si daimi olmaqla 310 yeni iş yeri açılıb. Ötən ildə 500 nəfər rayon ərazisində mövsümi təmir-tikinti işlərinə cəlb edilib: “2015-ci ildə rayonda sənaye müəssisələrində çalışan bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 410,1 manat, dövlət sektorunda 419,7 manat, qeyri-dövlət sektorunda isə 267,1 manat təşkil etmişdir”.
Daha sonra Daşkəsən rayonu üzrə Maliyyə İdarəsinin rəisi Natiq Zeynalov, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mirzəkərim Tağıyev, Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, qarşıda duran vəzifələrin icrasından danışıblar.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov, millət vəkilləri Rövşən Rzayev və Kamran Bayramov çıxış ediblər.
Yığıncağın sonunda qərar layihəsi və toplantı iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

