/ / Qubadlı rayon İcra Hakimiyyətində ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Qubadlı rayon İcra Hakimiyyətində ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
10.02.2016 [10:06]
Fevralın 9-da Qubadlı rayon İcra Hakimiyyətində 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş şura iclası keçirilib. Sumqayıtda keçirilən tədbirdə Prezident Administrasiyasının məsul işçisi Ağaəli Əhmədov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, rayonun idarə, müəsisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə qazanılmış uğurlu nəticələrdən, Azərbaycanın beynəlxalq aləmdə rolunun artmasından danışıb. Çıxışına davam edən natiq bildirib ki, ötən il rayon əhalisi 36 min 700 nəfər təşkil edib. Məcburi köçkün həyatı yaşayan qubadlılılar respublikanın 42 şəhər və rayonunda məskunlaşıblar. Hesabat ilində köçkünlərin yaşayış şəraitlərinin yaxşıladırılması istiqamətində bir sıra işlər görülüb. O cümlədən 26 ailənin mənzil şəraiti yaxşılaşdırılıb.
Diqqətə çatdırılıb ki, 2015-ci ildə məcburi köçkünlərin kommunal problemlərinin həlli, sosial vəziyyətlərinin yaxşılaşdırılması, təhsil, səhiyyə, mədəniyyət sisteminin inkişaf etdirilməsi, əhaliyə xidmət göstərən idarə, müəssisə və təşkilatların, yerli icra strukturlarının fəaliyyətinin səmərəli qurulması istiqamətində iş davam etdirilib.
İcra Hakimiyyətinin başçısı deyib ki, hesabat dövründə yerli gəlir və xərcləri tənzimləmək üçün ayrılan vəsait 8 milyon 284 min manat, yerli gəlirlərə aid məbləğ 2 milyon 924 min manat olmaqla, cəmi daxilolma 11 milyon 208 min manat təşkil edib. Qeyd edilib ki, il ərzində rayon üzrə 341 ailəyə ünvanlı sosial yardım ödənilib, hər ailəyə ödənilən məbləğin miqdarı 141 manat olub. Rayon sakinləri arasında işsizliyin aradan qaldırılması istiqamətində də işlər davam etdirilib, 181 yeni iş yeri yaradılıb.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi və rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində ümumilikdə 7827 nəfər pensiyaçı qeydiyyatda olub. İl ərzində 227 nəfərə əmək pensiyası təyin edilib. Rayon üzrə pensiyaların orta aylıq məbləği 166 manata çatıb. Bununla yanaşı, aztəminatlı ailələr də daim rayon İcra Hakimiyyətinin diqqətində olublar. Bu təbəqədən olanlara yas mərasimlərinin təşkili, müalicə və dərman preparatlarının alınması, bayram tədbirləri və sair məsələlərlə bağlı daxili imkanlar hesabına kömək göstərilib.
M.İsaqov qubadlılıların yığcam məskunlaşdıqları ərazilərin su, qaz və elektrik enerjisi ilə təminatından, təmir və yenidənqurma işlərindən də bəhs edib.
İclasda çıxış edən rayon təşkilatlarının rəhbərləri təmsil etdikləri ayrı-ayrı sahələr üzrə görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrin həlli ilə bağlı təkliflər irəli sürüblər. Bildirilib ki, həmişə dövlətçilik ənənələrinə sadiq olan rayon sakinləri bundan sonra da Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş uğurlu siyasəti dəstəkləyəcək, ölkəmizin inkişafında əllərindən gələni əsirgəməyəcəklər.
Çıxışlarda 2015-ci ildə rayon üzrə görülən işlər qənaətbəxş qiymətləndirilib.
Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi Ağaəli Əhmədov və Milli Məclisin deputatı İmamverdi İsmayılov çıxış ediblər.
Sonda tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54

