Ramin Quluzadə: Müasir telekommunikasiya xidmətlərinin coğrafiyası regionlara doğru genişlənir
03.02.2016 [09:31]
Fevralın 2-də rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Astara rayon Mədəniyyət Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Mədəniyyət Mərkəzinin foyesində rayon rəssamlarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Görüşdə çıxış edən Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində Astarada da irihəcmli sosial layihələrin həyata keçirildiyini bildirib. Q.Ağayev bu işlərin davamlı olduğunu, rabitə və kommunikasiya sahəsində də bir sıra tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr haqqında məlumat verən nazir R.Quluzadə rabitə və telekommunikasiya sahəsindəki perspektivlərdən də söz açıb. Diqqətə çatdırılıb ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq, ölkəmizdə telekommunikasiya şəbəkəsinin elektronlaşma səviyyəsi 100 faizə çatdırılıb, telefon şəbəkəsinin 45 faizi ən son texnologiyalar əsasında yenidən qurulub, 900-dən çox poçt şöbəsi, 10 poçt filialı üçün yeni binalar tikilib. Əhalinin 90 faizindən çox hissəsi rəqəmli televiziya yayımı ilə əhatə olunub, genişzolaqlı internet xidmətlərinin tətbiqinə başlanılıb.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Rəşad Mahmudov vurğulayıb ki, Azərbaycan Prezidentinin antiböhran tədbirləri ilə bağlı imzaladığı sərəncamlar qeyri-neft sektorunun inkişafı üçün geniş imkanlar açır. Astarada da telekommunikasiya sahəsində müəyyən işlərin görüldüyünü vurğulayan R.Mahmudov rayonun ucqar dağ kəndlərində və yeni salınmış yaşayış məntəqələrində kommunikasiya, o cümlədən poçt və rabitə xidmətinin yaxşılaşdırılması istiqamətlərində təkliflərini diqqətə çatdırıb.
Rayon ictimaiyyətinin nümayəndələri də rabitə və kommunikasiya sahəsi ilə bağlı təkliflərini səsləndiriblər.
Görüş başa çatdıqdan sonra nazir R.Quluzadə rayon sakinlərinin üzləşdikləri problemlərlə yerində tanış olub və aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

