“Elsevier” və Elmin İnkişafı Fondu “SCOPUS Mükafatı Azərbaycan-2016”nı təqdim edib
26.01.2016 [10:15]
Yanvarın 25-də dünyanın tanınmış akademik nəşriyyatlarından olan “Elsevier” əməkdaşlıq etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə birlikdə ilk dəfə olaraq “SCOPUS Mükafatları”nı təqdim etmək məqsədilə tədbir və qala gecə keçirib.
AZƏRTAC xəbər verir ki, rəsmi şəxslərin, elmi ictimaiyyət nümayəndələrinin, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçilərinin iştirak etdikləri tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev elmin inkişafına dövlət qayğısından danışıb. Bildirib ki, ölkə alimlərinin qarşısında Azərbaycanın regionda elm mərkəzinə çevrilməsi kimi ciddi vəzifə qoyulub. Bu vəzifənin yerinə yetirilməsində tədqiqatçı alim və mütəxəssislər üçün hər cür şərait yaradılır. Bunun bir yolu qrantlar verilməsidirsə, digər yolu alimlərin elmi məlumat bazalarına çıxışının təmin edilməsidir. Elmin İnkişafı Fondu müvafiq istiqamətdə öz töhfəsini verməyə çalışır və dünyanın mötəbər nəşriyyatları, akademik qurumları və eyni zamanda, məlumat bazası təqdim edən xüsusi şirkətlərlə əməkdaşlıq əlaqələri qurur, beləliklə, məlumat mənbələrinə çıxışları təmin etməyi öhdəsinə götürür.
Qeyd edilib ki, “SCOPUS Mükafatı Azərbaycan-2016” “Elsevier”in qlobal təşəbbüslərindən biridir və ölkədə bütün elm sahələri üzrə araşdırmaları daha da təkmilləşdirmək, elmi tədqiqatçıların və təşkilatların səylərini dəstəkləmək üçün təşkil edilib. Bu mükafat ölkəmizdə aparılan araşdırma və tədqiqatlar üzrə ən dəyərli nəticələrə nail olan, nüfuzlu nəşrlərdə məqalələr dərc etdirən və beynəlxalq əlaqələrini genişləndirən qurumları, həmçinin eksklüziv akademik jurnalları fərqləndirmək, Azərbaycan alimlərini motivasiya etmək və onlara akademik fəaliyyətlərində stimul vermək məqsədini daşıyır.
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, “Elsevier” nəşriyyatının daxil olduğu “RELX” qlobal şirkətlər qrupunun korporativ əlaqələr və Asiya strategiyası üzrə direktoru Youngsuk Chi, təhsil nazirinin müavini Ceyhun Bayramov, Milli Məclisin elm və təhsil komitəsi sədrinin müavini Bəxtiyar Əliyev təqdimatların əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, bu təşəbbüslər Azərbaycanın dünya elminə açıq olduğunu və dünya elminin uğurlarını mənimsəmək istiqamətində qəti addımlar atdığını bir daha təsdiqləyir. Milli Məclis də bu işə dəstək olaraq elm haqqında yeni qanun qəbul edəcək, nəticədə müvafiq hüquqi baza daha da genişlənəcək.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd ediblər.
Məlumat verilib ki, “Elsevier” sıralarında “ScienceDirect”, “Scopus”, “Elsevier Research Intelligence” və “Clinical Key”in olduğu veb-bazalı, rəqəmsal həllər və “The Lancet” və “Cell” kimi məşhur nəşrləri əhatə edən təxminən 2500 jurnal və 33000-dən çox elektron kitabı elmi tədqiqatçıların istifadəsinə təqdim edir. “Elsevier” “RELX Group” şirkətlərindən biridir. “RELX” elm, səhiyyə, hüquq və risk sektorları üçün fərqli həlləri təmin edən və dünya liderlərindən olan informasiya həlləri təminatçısıdır. “Scopus” isə dünyanın ən geniş əhatə dairəsinə malik akademik məlumatlar bazasıdır, bibliometrik vasitələrlə tədqiqatçıların elmi araşdırmalarının izlənilməsinə, təhlilinə və vizuallaşdırılmasına yardımçı olur. Özündə texnologiya, tibb, ictimai elmlər, incəsənət və humanitar elm sahələrinə dair 5000-dən çox nəşrin 22000-dən çox başlığını birləşdirir.
“SCOPUS Mükafatı Azərbaycan-2016” iki istiqamət - araşdırmalar və elmi jurnal üzrə yüksək nailiyyətlər mükafatları olmaqla bir neçə nominasiya üzrə nəzərdə tutulur.
Tədbirdə Azərbaycanda fəaliyyət göstərən, yüksək nəticələri ilə ölkə hüdudlarından kənarda tanınmış 4 elmi-tədqiqat qurumuna, həmçinin 5 elmi jurnala beynəlxalq qiymətləndirmə meyarlarına, eləcə də “SCOPUS” və “SciVal” bazaları əsasında seçimin nəticələrinə əsasən xüsusi mükafatlar təqdim olunub. Bu mükafatlara AMEA-nın Fizika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti layiq görülüb. Elmi jurnallardan isə “Applied and Computational Mathematics” (2012-2014-cü illər üçün SNIP orta qiyməti 1,041) fizika-riyaziyyat elmləri sahəsində, “Azerbaijan Journal of Mathematics” (2012-2014-cü illər üçün SNIP orta qiyməti 1,024) fizika-riyaziyyat elmləri sahəsində ciddi inkişaf etməkdə olan jurnal nominasiyasında, “Journal of Language and Literature” (2012-2014-cü illər üçün SNIP orta qiyməti 0,79) sosial elmlər sahəsində, “SOCAR Proceedings” Korporativ Elmi Jurnal Yüksək Müvəffəqiyyət Mükafatı nominasiyasında, “Azerbaijan Pharmaceutical and Pharmacotherapy Journal” (2012-2014-cü illər üçün SNIP orta qiyməti 0,122) tibb elmləri sahəsində ciddi inkişaf etməkdə olan jurnal nominasiyasında qalib elan olunublar.
AMEA və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Azərbaycanda elmin inkişafına verdiyi töhfəyə görə xüsusi mükafatlara layiq görülüb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

