Pilot layihə: Neftçala Sənaye Məhəlləsi qeyri-neft sektorunun inkişafına mühüm töhfə olacaq
15.01.2016 [09:28]
Prezident İlham Əliyev bütün regionlarda sənaye zonalarının yaradılmasını prioritet vəzifə kimi qarşıya qoyub
Neftçalada yaradılan sənaye məhəlləsində birinci mərhələ çərçivəsində tikinti işlərinin bir hissəsi artıq başa çatıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən tikilən sənaye məhəlləsi qeyri-neft sektorunun inkişafına təkan vermək, əhalinin məşğulluğunu artırmaq məqsədi daşıyır. Məhəllə, həmçinin sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlığın inkişafına yardım edəcək.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasındakı nitqində bütün regionlarda sənaye zonalarının yaradılmasının vacibliyini bildirib. Bu istiqamətdə çox ciddi iş aparılmasının, texnoparkların, sənaye klasterlərinin yaradılmasının vacibliyinə diqqət çəkən dövlətimizin başçısı Neftçalada reallaşdırılan pilot layihəni buna misal göstərib.
AZƏRTAC-ın müxbiri Neftçalada həyata keçirilən pilot layihə çərçivəsində görülən işlərlə maraqlanıb. Neftçala Sənaye Məhəlləsinin yaradılması üçün 10 hektar torpaq sahəsi ayrılıb. Salyan-Neftçala magistral yolunun kənarında salınan məhəllədə bir sıra istehsal və emal müəssisələri tikilir. Əsas diqqət isə region üçün prioritet olan sənaye məhsullarının istehsalına yönəldiləcək.
Məhəllənin ərazisində eyni vaxtda yardımçı binalarla birlikdə 17 obyekt tikilir. Paralel olaraq kommunikasiya xətlərinin çəkilişi ilə bağlı işlər görülür. Sahə rəisi Elşən Ağalarov AZƏRTAC-ın müxbirinə məlumat verib ki, tikintiyə ötən ilin sentyabr ayında başlanılıb. Qısa müddətdə inzibati binada, ümumi sahəsi 7779 kvadratmetr olan 4 istehsal blokunda və bütün zəruri infrastrukturun tikintisində işlərin əksəriyyəti başa çatıb. Hazırda həmin tikililər tamamlanma mərhələsindədir.
Məhəllənin dayanıqlı enerji ilə təmin olunması üçün transformator quraşdırılıb. Müxtəlif məqsədlər üçün hər birinin tutumu 200-300 kubmetr olan 6 su anbarı və 2 su quyusu tikilib. Məhəllədə balıq yemi istehsal edəcək zavodun bünövrəsinin qoyulmasına hazırlıq işləri görülür.
Rayon icra hakimiyyəti başçısının müavini Nəriman Xəlilov bildirib ki, sənaye məhəlləsinin fəaliyyətə başlaması ilə yeni iş yerləri açılacaq, bunun sayəsində də rayonda əhalinin məşğulluq səviyyəsi yüksələcək. Həmçinin investisiya qoyuluşu, istehsalın artması nəticəsində rayonun iqtisadi potensialı yüksələcək.
Hazırda Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək istəyən sahibkarlarla danışıqlar aparılır. Artıq 18 layihə Azərbaycan İnvestisiya Şirkətinə təqdim edilib. İlkin mərhələdə şirkətlər tərəfindən sənaye məhəlləsinə 7 layihə üzrə 15,6 milyon manat investisiya qoyulacağı və nəticədə 380 iş yerinin açılacağı gözlənilir.
Tikinti işlərinə 200 nəfərdən çox yerli sakin cəlb olunub. Məhəllənin tikintisinin may-iyun aylarında başa çatdırılması nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15

