Dünya müsəlmanları Məhəmməd Peyğəmbərin (s.ə.s.) mövludu gününü qeyd edirlər
25.12.2015 [09:40]
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Mövlud ən-Nəbi - Məhəmməd Peyğəmbərin (s.ə.s.) mövludu günü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Qurandan ayələr oxunub.
Şeyxülislam hacı Allahşükür Paşazadə bütün müsəlmanları Məhəmməd Peyğəmbərin (s.ə.s.) doğum günü münasibətilə təbrik edərək bildirib ki, islam ənənələrinə görə, bayram Ay təqviminin üçüncü ayına, islamda ən çox ehtiram bəslənilən Rabiul-əvvəl ayının 12-ci gününə təsadüf edir. İslam dininin banisi Məhəmməd Peyğəmbər (s.ə.s.) məhz bu ayda anadan olub və bu ayda vəfat edib.
A.Paşazadə deyib: “2015-ci ildə bayram Azərbaycan Prezidenti İlham Əliyevin doğum gününə təsadüf edib. Azərbaycan xalqı dini mərasim və ənənələri hətta sovet dövründə belə unutmayıb, onlara əməl edib. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Ümummilli lider Heydər Əliyev məbədlərin bərpasına və inşasına xüsusi diqqət yetirib. Etiqad azadlığı Azərbaycan Konstitusiyasında təsbit olunub. Hazırda Onun kursunu Prezident İlham Əliyev davam etdirir”.
Tədbir iştirakçılarına Ümummilli lider Heydər Əliyevin, habelə ailəsi ilə birlikdə Prezident İlham Əliyevin müqəddəs Məkkə şəhərini ziyarət etmələrindən söz açan sənədli film, Heydər məscidinin açılışında Azərbaycan Prezidentinin nitqinin səsləndiyi kadrlar nümayiş etdirilib. Tədbirdə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin iştirak edib.
Bildirilib ki, müstəqilliyini bərpa edən zaman Azərbaycanda cəmi 18 məscid var idi, indi isə ölkədə yüzlərlə məbəd - məscid, kilsə və sinaqoq fəaliyyət göstərir. Bayramın keçirilməsi ənənələri qədim köklərə malikdir. Hazırda mövlud günü yüksək səviyyədə qeyd edilir.
A.Paşazadə xatırladıb ki, Azərbaycan xalqının Ümummilli lideri 1993-cü ilin sentyabrında Təzəpir məscidini ziyarət edən zaman çıxışında qeyd edib ki, Məhəmməd Peyğəmbərin (s.ə.s) mövludu və fəaliyyəti dünya tarixində böyük hadisə olub, İslam dininin əsasını qoyub.
Şeyxülislam hacı Allahşükür Paşazadə hamını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Milad və Yeni il bayramları münasibətilə təbrik edib.
Akademik Vasim Məmmədəliyev, İranın Azərbaycandakı səfirliyi yanında İran Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini hacı Salman və başqa natiqlər Peyğəmbərimizin (s.ə.s.) böyük missiyasından və mənəvi örnəyindən, müsəlman ümmətinin sıx birləşməsində xidmətlərindən söz açıblar.
Sonra dualar oxunub, ehsan verilib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

